Icma.az
close
up
RU
Vətəndaşların sosial rifahının yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir RƏY AZƏRTAC

Vətəndaşların sosial rifahının yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir RƏY AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycanda aparılan sosial islahatlar bir daha göstərir ki,vətəndaşın sosial rifahı ən ön plandadır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu siyasət sosial ədalət, iqtisadi bərabərlik, sosial xidmətlərin yaxşılaşdırılması kimi məqsədləri özündə ehtiva edir. Bütün bu məqsədlərin, ümumilikdə isə bu siyasətin mərkəzində insan amili dayanır. Bu da nəticədə ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə bildirib.

Onun sözlərinə görə, növbəti il üçün müəyyənləşdirilən dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsidir. Bu ilə nisbətən gələn il bu istiqamətdə daha çox vəsait ayrılacaq. Minimum əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin, təqaüdlərin məbləğinin artırılması nəzərdə tutulur. 2025-ci ildə pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Bu, 3 milyon insanı əhatə edəcək. Ünvanlı sosial yardım proqramına 457 milyon manat ayrılacaq. Əhalinin məşğulluğuna, yoxsulluğun azaldılmasına, sosial müdafiə tədbirlərinə də 2,6 milyard manat vəsait ayrılıb. Bütün bunlar məhz vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət edəcək.

QHT sədri bildirib ki, vətəndaş cəmiyyətinin nümayəndələri hər bir sahədə olduğu kimi, sosial siyasətin həyata keçirilməsinə də ictimai nəzarəti həyata keçirir. “Vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən siyasətin icrasında üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə çalışırıq. Ümumilikdə sosialyönümlü xərclər 8 faiz artırılaraq 16,9 milyard manata çatıb və ümumi dövlət büdcəsi xərclərinin 41 faizini təşkil edir. Gələn il reallaşdırılması nəzərdə tutulan sosial paketin ümumilikdə 3 milyon insanı əhatə etməsi dövlətin siyasətinin mərkəzində insan amilinin ön sırada dayandığını bir daha göstərir”, - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri