Bülbülün Memorial Muzeyində konsert proqramı təşkil olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 23 iyun, AZ’RTAC
Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi, dahi Bülbülün anadan olmasının 129-cu ildönümünə həsr olunan konsert proqramı təşkil edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bülbülün ifasında "Koroğlunun ariyası" videoçarx təqdim olunub.
Tədbirdə çıxış edən muzeyin direktoru Fərqanə Cabbarova sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixində misilsiz xidmətlərindən bəhs edib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı Bülbülün yaradıcılığının Azərbaycan musiqi sənətinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Konsert proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri, Azərbaycan Milli Konservatoriyasının (AMK) tələbələri, AMK-nın nəzdində İncəsənət Gimnaziyasının şagirdləri, gənc ifaçılar Bülbülün repertuarından əsərlərlə çıxış ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 İyun 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















