Icma.az
close
up
RU
“Bülbülün qonaqları” layihəsi Rəşid Behbudovun 110 illiyinə həsr olunub

“Bülbülün qonaqları” layihəsi Rəşid Behbudovun 110 illiyinə həsr olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" layihəsi Azərbaycan mədəniyyətinin ölməz simalarından biri olan, öz möhtəşəm səsi və mahnıları ilə milyonların qəlbini fəth edən, dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunub.

Bu barədə AZƏRTAC-a Bülbülün Memorial Muzeyindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Rəşid Behbudovun Azərbaycan mədəniyyətinə verdiyi böyük töhfələrdən, Bülbüllə olan sıx dostluq əlaqələrindən bəhs edib.

Həmçinin Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış edərək bu cür tədbirlərin sənətkarın irsinin təbliğində böyük rol oynadığını bildirib.

Tədbirdə Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərəfəliyeva, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Eleanora Mustafayeva, Emil Zeynallı, Sübhan Rüstəmov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmin Əhmədli, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Ləman Mustafayeva Rəşid Behbudovun repertuarından "Zibeydə", "Əziz surət", "Əziz dost", "Qızıl üzük", "Bakı", Azərbaycan xalq mahnısı "Qoy gülüm gəlsin, ay nənə", Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgərin ariyası, Fikrət Əmirovun "Sevil" operasından Balaşın mahnısını səsləndiriblər. İfaçıları pianoda Fidan Məmmədova, Roza Səlimova, Tamara Nəhmədova müşayiət ediblər.

Tədbir zamanı Rəşid Behbudovun ifasında mahnılar, sənətkarın Bülbül haqqında fikirləri qonaqlara təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri