Icma.az
close
up
RU
Bullinqə məruz qalan şagird: Kim məsuliyyət daşıyır?

Bullinqə məruz qalan şagird: Kim məsuliyyət daşıyır?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ərazisində bir qrup məktəbli şagirdi vəhşicəsinə döyüb. İnsidenti əks etdirən görüntülər isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülərdə bir qrup məktəblinin əlbir olaraq, digər şagirdə qarşı zorakılıq nümayiş etdirdiyi əks olunub.

Məktəblilər arasında yaşanan bu cür hallara görə məsuliyyəti kim daşıyır?  

Elçin Əfəndi: Şagirdin digər şagirdlər tərəfindən alçaldılmasının əsas günahkarı valideynlərdir

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, valideynlər övladlarına davranış qaydalarını düzgün şəkildə öyrətmədikdə uşaq şiddətə meylli olur.

Onun sözlərinə görə, 280 nömrəli məktəbdə şagirdin digər şagirdlər tərəfindən alçaldılmasının əsas günahkarı valideynlərdir:

"Sözügedən məktəbdə baş verən hadisə heç də xoşagələn hal deyil. Şagird digər şagirdə qarşı hansısa davranış xətasına yol verə bilər, amma bu, kütləvi şəkildə şiddət göstərilməsinə əsas vermir. Artıq döyülən şagirddə psixoloji travma qaldı. Onun dərslərə adaptasiya olmasında və ya şagird yoldaşlarına uyğunlaşmasında problemlər yaşanacaq. Əslində vəziyyət bu həddə çatmamalıydı. Əgər şagirdlər arasında müəyyən xoşagəlməz hallar yaşanıbsa, ən azı sinif yoldaşları sinif rəhbərliyinə məlumat verməli idilər. Sinif rəhbəri şagirdlərin valideynlərini çağıraraq, hər hansısa profilaktik söhbət apara bilərdi. Görünən odur ki, hadisə anidən yaşanan bir situasiyasıdır və məktəb heyəti məlumatsız olub. Burada birbaşa günahkar axtarsaq, günah valideynlərdədir. Valideynlər ilk növbədə, övladlarına düzgün istiqamətdə davranış qaydalarını başa salmalıdırlar". 

Ekspert qeyd olunan məsələdə məktəb rəhbərliyinin günahkar olmadığını bildirib. Çünki hadisə məktəbdən kənarda baş verib.

Müsahibimiz vurğulayıb ki, ümumilikdə bu cür xoşagəlməz halların qarşısını almaq üçün şagirdlər davranış qaydalarını bilməlidirlər. E.Əfəndi qeyd edib ki, hazırda bu davranış qaydaları pilot layihə olaraq hazırlanıb və yalnız bir neçə məktəbdə tətbiq olunur. Növbəti tədris ilindən artıq bütün məktəblərdə bu layihə icra olunacaq.

"Şagird əməl olunmayan davranış qaydalarına görə hansı cərimənin tətbiq olunduğu bilsə, xoşagəlməz hallar müəyyən qədər azalacaq. O cümlədən, məktəb tərəfindən valideynlərlə mütəmadi olaraq övladları ilə bağlı müəyyən məsələlər müzakirə olunmalıdır", - deyə Elçin Əfəndi vurğulayıb. 

Dədəkişi Vəlizadə: İlkin baxışda hərəkətlərdə xuliqanlıq əlamətləri sezilir, amma...

Vəkillər Kollegiyasının üzvü, vəkili Dədəkişi Vəlizadə isə Bakıvaxtı.az-a açıqlamasında məsələyə hüquqi cəhətdən toxunub.

Onun sözlərinə görə, ilkin baxışda hərəkətlərdə xuliqanlıq əlamətləri sezilir. Amma nəzərə almaq lazımdır ki, mübahisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanması əməlin xuliqanlıq kimi qiymətləndirilməsini istisna edir:

"Bundan başqa, vurulan zərərin dərəcəsinə müvafiq olaraq əməl qəsdən sağlamlığa az ağır və ya ağır zərərvurma kimi qiymətləndirilə və müvafiq maddələrə tövsif edilə bilər. Hər bir halda öncə xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli və hadisə tam araşdırımalıdır".  

Vəkil qeyd edib ki, şəxsin cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatması ilə bağlı onu demək olar ki, AR Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən bir qayda olaraq cinayət törədənədək 16 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir:

"Lakin qəsdən adamöldürmə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurma və s. cinayətlər görə bu yaş həddi daha azdır. Yəni, 14 yaşı tamam olmuş şəxslər məsuliyyətə cəlb edilirlər".

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Fevral 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri