Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Təhsildən yayınan 4 min şagird kim məsuliyyət DAŞIYIR...

Təhsildən yayınan 4 min şagird kim məsuliyyət DAŞIYIR...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi 2013-cü ildə məktəbə gedənlər arasında 9-cu sinifdən sonra təhsilini davam etməyənlərin sayı məktəbə gedənlərin 13, 8 faizini təşkil edir. 9-cu sinifdə haqqında məlumat olmayanlar isə təxminən 4 min 341 nəfərdir.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil sahələri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycanda 9-cu sinifdən sonra təhsilini davam etdirməyənlərin 13.8 faizə çatması, həmçinin 9-cu sinifdə haqqında heç bir məlumat olmayan, yəni qeyri-rəsmi təhsildən yayınmış şagirdlərin sayının 4 min 341 nəfərə çatması ölkədə icbari təhsilin tətbiqində sistemli çatışmazlıqların mövcudluğundan xəbər verir. Bu statistika təhsilin hüquqi baza ilə real icrası arasında ciddi uyğunsuzluğun göstəricisidir:

“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 19.1-ci maddəsinə əsasən, ölkədə ümumi orta və tam orta təhsil icbaridir. Yəni şagirdlər ən azı 11 illik təhsil sistemini tamamlamaqla hüquqi öhdəlik altına düşürlər. Bununla yanaşı, həmin qanunun 6.1-ci maddəsində göstərilir ki, dövlət təhsilin əlçatanlığını, davamlılığını və keyfiyyətini təmin etməlidir. Amma statistika göstərir ki, bu müddəalar yerli icra strukturları və təhsil orqanları səviyyəsində nəzarətsiz qalır. Mövcud vəziyyət, qanunların kağız üzərində qalması və tətbiq mexanizmlərinin praktik olmadığını ortaya qoyur”.

K. Əsədov vurğulayıb ki, təhsildən yayınan şagirdlərin əksəriyyətinin kənd məktəblərində olması bu problemin sadəcə pedaqoji deyil, həm də sosial-iqtisadi köklərə bağlı olduğunu göstərir:
“Kənd yerlərində bir çox hallarda 10 və 11-ci siniflərin olmaması, məktəblərarası məsafənin uzaqlığı, ictimai nəqliyyatın qeyri-mövcudluğu və ailələrin iqtisadi çətinlikləri təhsilin davam etdirilməsini faktiki olaraq mümkünsüz hala gətirir. Bəzi hallarda isə uşaqlar, xüsusilə qızlar, ailə təsərrüfatında işçi qüvvəsi kimi saxlanılır, erkən evliliklərə məcbur edilir və ya valideynlərin stereotipləri səbəbindən təhsildən uzaqlaşdırılır”.

“Beynəlxalq təcrübədə bu problemin həlli üçün müxtəlif mexanizmlər tətbiq olunur. Məsələn, Türkiyədə “açıq orta məktəb” və “peşə təhsili diplom proqramları” vasitəsilə təhsildən yayınan gənclərin yenidən sistemə qaytarılması həyata keçirilir. Bu mexanizm vasitəsilə kənd yerlərində yaşayan və işləyən yeniyetmələr həm işləyir, həm də distant təhsil alır. Gürcüstanda təhsil müfəttişliyi institutu yaradılıb və hər bir şagirdin sistemdən çıxması halı dərhal elektron baza üzərindən icra hakimiyyətinə ötürülür. İspaniyada isə “təhsildən yayınma riski daşıyan şagirdlər” xüsusi psixoloq və sosial işçilərin nəzarətinə götürülür, ailələrə isə dəstək proqramları təklif olunur”- deyə təhsil eksperti bildirib. 

Kamran Əsədovun sözlərinə görə, Azərbaycanın 2014–2024-cü illəri əhatə edən təhsil strategiyası və “Azərbaycan gəncliyi 2017–2021” Dövlət Proqramında bu risklərə qarşı tədbirlərin görülməsi nəzərdə tutulsa da, monitorinq və qiymətləndirmə mexanizmlərinin olmaması səbəbindən effektivlik aşağı səviyyədə qalıb:“Real nəticələrə gəldikdə isə, 2013-cü ildə birinci sinfə gedənlərin cəmi 34 faizinin universitetə qəbul olması və on minlərlə şagirdin təhsili yarımçıq qoyması ölkədə insan kapitalının formalaşmasında ciddi boşluqların olduğunu göstərir”.

Problemin həll yollarını da göstərən ekspert qeyd edib ki, birinci növbədə icbari təhsilin effektiv monitorinq və hesabat sistemləri tətbiq olunmalıdır. Hər bir şagirdin təhsil trayektoriyası üzrə nəzarət funksiyası konkret quruma verilməlidir. Təhsildən yayınan uşaqların statistikası təkcə açıqlanmaqla kifayətlənməməli, onların sosial vəziyyəti təhlil edilməli və fərdi yanaşma ilə təkrar təhsilə cəlb olunmaları üçün proqramlar hazırlanmalıdır.

Nəticədə bu statistik faktlar üzərində real tədbirlər görülərsə, təhsil sisteminə inam artacaq, sosial ədalətsizlik azalar, vətəndaşların maariflənmə səviyyəsi yüksələcək. Gələcəkdə erkən nikahlar, işsizlik, savadsızlıq və sosial inteqrasiyanın pozulması kimi problemlər əhəmiyyətli dərəcədə azalacaq – deyə o bildirib.
“İnzibati və maliyyə məsuliyyəti məktəb direktorlarının və yerli təhsil şöbələrinin üzərinə qoyulmalıdır. Hər bir rayon üzrə icbari təhsil üzrə hesabatlılıq sistemi yaradılmalıdır. Eyni zamanda, ailələrə də bu məsələ üzrə hüquqi və sosial izahat verilməlidir. Qızların təhsildən yayınması halları üzrə xüsusi müdafiə mexanizmləri, o cümlədən hüquq-mühafizə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri genişləndirilməlidir.

Nəticə etibarilə, təhsildən yayınan hər bir uşaq potensial sosial təhlükə kimi deyil, dövlətin diqqətindən yayınmış gələcək vətəndaş kimi görülməlidir. Bu məsələdə cavabdehlik sadəcə ailənin deyil, dövlətin idarəetmə və nəzarət mexanizmlərinin üzərindədir. Sistemli islahatlar və davamlı ictimai nəzarət olmadan bu problemin miqyası daha da genişlənə bilər. Bu isə sadəcə təhsil sahəsinin deyil, milli təhlükəsizlik və sosial rifahın da təhdididir”- deyə ekspert sonda vurğulayıb. 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri