Dünya və Azərbaycan niyə yaşıl enerjini seçir? Video
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Ekspert Qrupunun hesabatlarına əsasən dünya artıq qlobal istiləşmə mərhələsini keçərək, "qlobal qaynama" dövrünə qədəm qoyub.
Axar.az xəbər verir ki, anomal istilər, qəfil daşqınlar və quraqlıq təbiətin bizə xəbərdarlığıdır. Atmosferi çirkləndirən ənənəvi yanacaqlardan imtina edərək tükənməyən enerji mənbələrinə - günəş, külək, suya keçid artıq seçim deyil, zərurətdir.
Azərbaycan da "yaşıl inqilab"ın fəal iştirakçısıdır. Ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını 30 faizə çatdırmağı hədəfləyir. Xəzər dənizinin külək potensialı, eləcə də Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonaları elan edilməsi bu strateji hədəfin əsas göstəriciləridir.
Lakin yaşıl gələcək təkcə böyük layihələrlə deyil, gündəlik vərdişlərimizlə başlayır. Lazımsız işıqları söndürmək, enerjiyə qənaət etmək, plastikdən uzaq durmaq kimi kiçik addımlar planetimizin xilasına böyük töhfə verə bilər.
Baxış sayı:73
Bu xəbər 16 Noyabr 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















