Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi FOTOFAKT Yeni Sabah
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Bu gün Bakı bulvarında görünən nəhəng varlıq canlı deyilmiş, "Captain Boomer" əsəri imiş.
Milli.Az xəbər verir ki, saxta kaşalotdan dünyanın bir sıra ölkələrində balina ölümlərinə diqqət çəkmək üçün istifadə olunub.
Məsələn, Parisdə, Sena çayının sahilinə də qurulan maket xeyli müzakirələrə səbəb olmuşdu. "Reallıq və fantaziya" arasında keçid hesab olunan, Paris l'Eté festivalı üçün gətirilən bu maket iqlim dəyişikliyi və həddən artıq balıq tutmağın fəsadları barədə məlumatlandırmaq məqsədi ilə quraşdırılıb. Belçika incəsənət kollektivi "Captain Boomer" tərəfindən hazırlanan maket Valensiya və Londonda da nümayiş etdirilib.
Qeyd edək ki, Kaşalotlar okeanlarda rast gəlinən ən böyük dişli balinalar hesab olunurlar. Onlar su çirklənməsi, gəmilərlə toqquşma, balıqçılıq torlarına dolaşma və digər antropogen amillər səbəbindən nəsli kəsilmək təhlükəsi altındadır.
Baxış sayı:91
Bu xəbər 11 Noyabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















