Icma.az
close
up
RU
Bulvardakı attraksionlar: Təhlükəsizlik NECƏ QORUNUR?

Bulvardakı attraksionlar: Təhlükəsizlik NECƏ QORUNUR?

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bakıda Böyük Şor bulvarında külək uşaqların olduğu hava doldurulmuş attraksionu aşıraraq yola atıb.

Bakıvaxtı.az xatırladır ki, sözügendən hadisə aprelin 27-si baş verib. Belə ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 27-si saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan şəxslər yerində tapılmayıb.

Bəs maraqlıdır, hazırda havanın küləkli keçməsi səbəbi ilə insanların daha çox getdiyi Dənizkənarı Bulvarda attraksionlar çalışırmı? Ümumiyyətlə, təhlükəsizlik tədbirləri necə görülməlidir?

Dənizkənarı Bulvar İdarəsindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dənizkənarı Milli Park ərazisindəki attraksionlardan istifadə edən ziyarətçilərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə, Milli Park ərazisindəki bütün attraksionlarda İdarənin tabeliyindəki Qurğuların istismarı şöbəsinin ixtisaslaşmış əməkdaşları tərəfindən gündəlik əsasda nəzarət-yoxlama tədbirləri həyata keçirilir.

Qeyd olunub ki, bununla yanaşı, mütəmadi qaydada kənar mütəxəssislər tərəfindən qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır və mühəndis-texniki heyətin bilik səviyyəsi mütəmadi şəkildə qiymətləndirilir.

O da bildirilib ki, attraksionlarda defektoskopiya, ölçü işləri, sınaq və yoxlamaların aparılması məqsədilə əlavə yoxlamalar həyata keçirilir.

“Bir qayda olaraq, əlverişsiz hava, xüsusilə güclü külək şəraitində, Milli Park ərazisindəki attraksionlar təhlükəsizlik səbəbindən fəaliyyət göstərmir. Xüsusilə, ölçülərinə görə fərqlənən və daha mürəkkəb mexanizmi ilə hava şəraitinin təsirlərinə daha çox məruz qalan “Panorama” attraksionu küləyin sürəti 11 m/s-dən artıq olduqda, eləcə də tufan, yağış, ildırım, dolu və ya qar kimi əlverişsiz hava şəraitində fəaliyyət göstərmir. Bu tədbirlər ziyarətçilərin təhlükəsizliyinin təmin olunması və hər kəsin rahat istirahətinə xidmət edir”,- deyə nəzərə çatdırılıb.

Elmar Nurəliyev, təhlükəsizlik məsələləri üzrə ekspert

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, attraksionlar təhlükə potensialı olan obyektlər sırasına daxildir və onların istismarı mütləq şəkildə təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilməlidir.

E.Nurəliyevin sözlərinə görə, bu obyektlər ildə azı bir dəfə texniki baxışdan və müayinədən keçirilməli, sazlığı və təhlükəsizlik göstəriciləri müvafiq qurumlar tərəfindən yoxlanılmalıdır:

“Əgər yoxlama zamanı nasazlıq aşkar edilərsə, həmin attraksionun istismarına icazə verilmir. Bu halda istismarçı tərəfindən nasazlığın aradan qaldırılması və atraksionun tam texniki saz vəziyyətə gətirilməsi təmin olunmalıdır”.

Texniki baxışdan keçmiş attraksionlara sertifikat verildiyini deyən ekpert əlavə edib ki, bununla yanaşı, attraksionu işlədən şəxslər də bu sahədə lazımi bilik və bacarığa malik olmalı, onlar da müvafiq sertifikasiyadan keçməlidirlər:

“Attraksionun istismarı zamanı hər hansı bir problem müşahidə olunarsa, onun istifadəsinə dərhal son qoyulmalıdır”.

Müsahibimiz onu da nəzərə çatdırıb ki, nasazlıqların kustar üsullarla aradan qaldırılması və attraksionun bu halda istifadəyə verilməsi yolverilməzdir. Nurəliyev izah edib ki, bu obyektlərdən əsasən uşaqlar istifadə edir və hər hansı bir texniki nasazlıq ciddi və ağır nəticələrə səbəb ola bilər:

“Attraksionlar gündəlik olaraq texniki baxışdan keçirilməli və bu barədə xüsusi jurnalda qeydlər aparılmalıdır”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri