Icma.az
close
up
RU
Komitə sədrindən əhaliyə ÇAĞIRIŞ

Komitə sədrindən əhaliyə ÇAĞIRIŞ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizin bir sıra ərazilərində heyvanlar arasında dabaq xəstəliyi yayılıb. Artıq bununla əlaqədar müvafiq qurumlar tərəfindən addımlar atılmağa başlayıb. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  ölkə üzrə fəaliyyət göstərən heyvan bazarlarının müvəqqəti bağlandığını elan edib. Məsələ ilə əlaqədar Milli Məclisin iclasında da çıxışlar olub. 

Ciddi xəbərdarlıqlarla yanaşı, təşvişə ehtiyac olmadığı da bildirilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev hazırda görülən tədbirlər barədə danışıb:

“Rəsmi məlumatlara əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında yoluxucu xətəliklərin artımı müşahidə olunur. Bu, müəyyən hallarda mövsümi amillərlə əlaqələndirilir. Yoluxucu xəstəliklər Azərbaycandan da yan keçməyib. Yoluxucu xəstəliklərin qarşısının alınması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər müvafiq orqanlar tərəfindən tədbirlər həyata keçirilir. 25 oktyabr tarixindən sağlamlaşdırma tədbirlərinin görülməsi məqsədilə bir çox heyvan bazarlarına məhdudiyyətlər tətbiq olunub. Sözsüz, bu, qabaqlayıcı tədbirdir. Bu tədbirə nəinki AQTA, Baş Dövlət Baytarlıq Xidməti, eləcə də yerli icra hakimiyyəti, polis orqanları qoşulublar. Artıq məhdudlaşdırıcı tədbirlərin icrasına başlanılıb. İlk növbədə heyvanların bazarlara çıxarılmasına nəzarət artırılıb. Bazarların ərazisinin hasarlanması tədbirləri görülür. Giriş-çıxışda dezobaryerlər quraşdırılır. Mütəmadi olaraq, təmizləmə dezinfeksiya işləri aparılır. Bazara daxil olan heyvanların baytarlıq sənədləri yoxlanılır. Baytar həkimi nəzarəti altında müəyyən tədbirlər həyata keçirilir.
Məlumdur ki, xarici ölkələrdən də ət və heyvanlar idxal edirik. Sözsüz, bu heyvanlar ölkəyə daxil olarkən karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilməsi və laboratoriya analizlərinin götürülməsi prosesi davam edir. Ölkə üzrə heyvan kəsimi məntəqələri öz fəaliyyətini davam etdirir. Kəsim üçün idxal olunan heyvanlar 72 saat ərzində kəsilib istehlakçılara çatdırılmalıdır. Sözsüz, bu tədbirlərin görülməsi heyvanlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması, həm də insanların sağlamlığına xidmət edir”.

Komitə sədri vurğulayıb ki, bu tədbirləri ancaq müvafiq orqanların fəaliyyəti ilə məhdudlaşdırmaq olmaz:

“Hər kəs öz səhhətini qoruyur. Sağlamlığını təmin etmək üçün mütləq mövcud qaydalara əməl etməlidir. Xəstə heyvanlar müşahidə olunursa, müvafiq orqanlara xəbər verilməli, onların ətindən, südündən istifadə edilməsi üçün mövcud təlimatlar əsas götürülməlidir. Əks təqdirdə, bu xəstəliklər daha geniş yayıla bilər. Bu da həm heyvandarlığa, həm də insanların sağlamlığına müəyyən ziyan vura bilər. Ancaq təşviş doğuran heç bir əsas yoxdur. Yoluxucu xəstəliklər yalnız Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Qabaqlayıcı tədbirlər görülür və hər kəs buna qoşulmalı, qaydaların gözlənilməsinə riayət etməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri