Bakı Musiqi Akademiyasında “Klassik musiqinin zamanı” layihəsinin təqdimatı olub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin anadan olmasının 140 illiyinə həsr olunmuş “Klassika musiqisinin zamanı” layihəsinin təntənəli təqdimatı və bəstəkarlarının yubileylərinə həsr olunmuş bayram konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib.
Müasir Azərbaycan gəncləri arasında milli və beynəlxalq akademik musiqinin təbliğinə yönəlmiş “Klassika musiqisinin zamanı” layihəsi görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin gələcək nəsillərə miras qoyduqları zəngin musiqi irsinin qorunmasına və geniş təbliğinə xidmət edir.
Konsert proqramında Beynəlxalq müsabiqələr laureatları, BMA-nın müəllimləri və tələbələri iştirak ediblər.
Layihənin bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakinadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 28 Oktyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















