Ədliyyə naziri Masallıda vətəndaşları qəbul edəcək
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ədliyyə naziri Fərid Əhmədov noyabrın 7-də Masallı şəhərində Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayon sakinlərini qəbul edəcək.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 6 noyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, eləcə də Lənkəran regional ədliyyə idarəsinə (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi 1, əlaqə telefonu: +994 12-510-10-01 (daxili nömrə: 17520, 17550, 17551) müraciət edərək qəbula yazıla bilərlər.
Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 28 Oktyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















