Icma.az
close
up
RU
“Buna görə yeni üsullar düşünməliyik”

“Buna görə yeni üsullar düşünməliyik”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Fermerlərin maliyyəyə əlçatanlığı və ya maliyyə vəsaitlərini əldə etməsindəki çətinliklər mütəmadi olaraq davam edir və buna görə də yeni üsullar düşünməliyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında yeni - “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O bildirib ki, çox vaxt kreditlərin geri ödənilməsi ilə təsərrüfat ili anlayışının üst-üstə düşməməsi fermerlərin əsas problemlərindən idi: “Çünki dövriyyə vəsaiti fermerə təsərrüfat ilinin başında lazımdır. Amma geri ödənilmə fermer tərəfindən çox vaxt məhsul əldə edildikdən sonra, yəni məhsulun satışı həyata keçirildikdən sonra yaranır. Bu isə ümumi kreditlərin geri ödənilməsi prosesi ilə üst-üstə düşmürdü, bu da fermerlərə çətinlik yaradırdı.

Beynəlxalq təşkilatlarla və digər ölkələrin təcrübəsinə də baxdığımızda, biz məhsul şəhadətnaməsi və bunun tətbiqini həyata keçirən ölkələrdəki təcrübə ilə tanış olduq. Bu layihə də bunun nəticəsində ortaya çıxmış oldu. 

Biz Rusiya, Ukrayna, Qazaxıstan və Braziliyanın bu sahədəki təcrübələri araşdırdıq. Ona görə də bu layihəni istehsalçıların həm dəstəklənməsi, həm də ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirə bilərik. Yəni məhsul şəhadətnaməsi borclunun məhsulun istehsalı və ya ilkin emalı məqsədilə elektron qaydada buraxdığı, öhdəliyin icrasını təmin edən təminatlı qiymətli kağızdır.

Borclu bununla məhsulu və ya pul məbləğini mübahisəsiz şəkildə təhvil-təslim aktı əsasında vermək öhdəliyini götürür”.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Sentyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri