Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

“Bundan sonra da savaş davam etdirilsə, ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…”

“Bundan sonra da savaş davam etdirilsə, ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İrana qarşı İsrailin və ABŞ-ın bu günədək apardığı müharibə cinayət xarakteri daşıyır. Amerika və İsrail bu sahədə müharibə cinayətləri ilə məşğuldur…”

“Biz İran xalqının əziyyət çəkməsini istəmirik. Həm də ona görə ki, həmin ölkənin əhalisinin yarıdan çoxu bizim soydaşlarımızdır və biz onların bu müharibədən zərər görmələrini arzulamırıq…”

“Bütün bunları dərindən düşünüb təhlil etsək, belə nəticəyə gələrik ki, Azərbaycan cəmiyyətində nə irançı, nə də israilçi olmalıdır. Bu, düzgün deyil. Çünki hər iki tərəfdən bu təbliğatın böyük hissəsi dini fanatik motivlidir…”

“Başqa sözlə, ABŞ yevangelist fanatikliyi, İsrail sionist fanatikliyi, İran isə şiə fanatikliyi ilə silahlanıb savaşırlar. Dünya bu saat üç dini fanatik qüvvənin əsirliyində qalıb…”

“İranda rejimin yumşalmasına gedilməsi üçün müvafiq tədbirlər görülməlidir…”

Xəbər verildiyi kimi, 38 günlük savaşdan sonra İsraildəki Pesah bayramı(5-13 aprel) gedişində Pakistanın vasitəçiliyi ilə 14 günlük atəşkəs əldə olunub. Lakin buna rəğmən İsrail Livan və Cənubi Yəmənə qarşı əməliyyatlarını dayandırmayıb. Eyni zamanda həm İran, həm də Körfəz ölkələri ərazisində müxtəlif raket, dron zərbələri barədə xəbərlər eşidilməkdədir. Və bu fonda Azərbaycan cəmiyyəti, o cümlədən qismən siyasi şərhçi və politoloqlar cameəsində də baş verənlərə ikili baxışlar davam edir. Biriləri savaş boyu əks fikirdə olanları “satqınlıq”da, “xəyanət”d ittiham etməklə ifrat, radikal şəkildə müdafiə etdikləri İranı, digərləri isə İsrail və ABŞ-ı qalib hesab edir. Bəs gerçəklik nədir? Biz bir cəmiyyət olaraq bu gün və bundan sonra proseslərə hansı mövqedən yanaşmalıyıq? Bu münaqişə sözügedən atəşkəsdən sonra hansı formatda davam edəcək: ABŞ lideri Donald Tramp yenə də “onları daş dövrünə qaytaracam” hikkəsi ilə İrana qarşı daha intensiv tempdə bombardmanları davam etdirə biləcəkmi?..     

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AMİP-in fəxri lideri Etibar Məmmədov aşağıdakı fikirləri səsləndirib:

"Düzdü, hələlik atəşkəs elan edilib. Amma əslinə qalanda biz istər savaş, istərsə də atəşkəs dövründə bnə İsraili, nə də İranı müdafiə etməliyik. Biz Azərbaycanı və azərbaycanlıları müdafiə etməliyik. Və bu gün vəziyyət belədir ki, Azərbaycanın qonşuluğunda, sərhədlərində müharibə gedirsə, Azərbaycan bir dövlət olaraq bununla bağlı müvafiq tədbirlər görməlidir. Həm hərbi, həm iqtisadi, həm diplomatik, həm də təbliğat baxımından buna hazır olmalıyıq. Təəssüf ki, bu sahədə çoxlu çatışmazlıqlar var. Və qeyd etdiyiniz kimi, biz onunla qarşılaşırıq ki, ölkədə bəziləri İranı, digərləri isə İsrail və ya ABŞ-ı radikal, ifrat şəkildə müdafiə edir. Halbuki biz məsələyə öz mövqeyimizdən və ədalətli baxmalıyıq. Və öncə onu deməliyik ki, İrana qarşı İsrailin və ABŞ-ın bu günədək apardığı müharibə cinayət xarakteri daşıyır. Amerika və İsrail bu sahədə müharibə cinayətləri ilə məşğuldur.

Dünənədək Amerikanın müharibə naziri açıq-aşkar deyirdi ki, bizim üçün heç bir qayda-qanun yoxdur, biz qaydaları bombalar vasitəsilə müəyyən edirik. Bu, onun açıq mənbələrdə rəsmi çıxışından götürülmüş sitatdır. ABŞ Prezidenti isə bildirir ki, İranın bütün infrastrukturu, elektrik stansiyaları və sənayesi məhv ediləcək. Bu, dövlətlərarası müharibə çərçivəsində olan çıxış deyil, cinayət xarakterli bir çıxışdır. Bu, cinayətin açıq şəkildə elan olunmasıdır…

Müharibə yalnız hərbi strukturların ləğv edilməsi istiqamətində aparılmalıdır. Ancaq mülki infrastrukturu məhv etməyi elan etmək və mülki əhaliyə qarşı əməliyyat aparmaq isə cinayətdir. Bu baxımdan biz İran xalqının əziyyət çəkməsini istəmirik. Həm də ona görə ki, həmin ölkənin əhalisinin yarıdan çoxu bizim soydaşlarımızdır və biz onların bu müharibədən zərər görmələrini arzulamırıq…

Eyni zamanda İsrailin də İrana qarşı apardığı bombardman siyasəti, ABŞ-I arxasına alıb öz niyyətlərini həyata keçirməsi cinayət xarakteri daşıyır. Hazırda Livanın bütün cənub hissəsini köçürməklə və onların yaşayış yerlərini hədəfə alırlar, məhv edirlər. Ancaq bu cür qeyri-insani davranışların soyqırıma məruz qalmış bir xalqın – İsrail xalqının  nümayəndələri tərəfindən törədilməsi təəccüb doğurur. Və həmin hərəkət də əslində soyqırım siyasətidir. Yəni bütün əhalini köçürmək və sonradan həmin ərazini İsrailə qatmaq siyasəti aparmaq həm beynəlxalq qanunlara ziddir. Həm də beynəlxalq cinayətdir… 

Bütün bunları dərindən düşünüb təhlil etsək, belə nəticəyə gələrik ki, Azərbaycan cəmiyyətində nə irançı, nə də israilçi olmalıdır. Bu, düzgün deyil. Çünki hər iki tərəfdən bu təbliğatın böyük hissəsi dini fanatik motivlidir. Yəni ABŞ-ın hazırkı prezidenti də,  müharibə naziri də eyni yevangelistdirlər və qondarma “Armagedon” ideyaları ilə bu müharibəyə qoşulublar…  Başqa sözlə, ABŞ yevangelist fanatikliyi, İsrail sionist fanatikliyi, İran isə şiə fanatikliyi ilə silahlanıb savaşırlar. Dünya bu saat üç dini fanatik qüvvənin əsirliyində qalıb. Mənim fikrimcə, bütün aparıcı dünya dövlətləri bir araya gələrək bu cinayətkar, həm də mənasız müharibəyə nəinki iki həftəlik, yaxud bir neçə aylıq tamamilə son qoymalıdır…

Ta qədimlərdən bəri müharibələrin də müvafiq qanun-qaydaları olub. Amma əgər bu gün kimsə bəyan edirsə ki, bizim üçün qayda-qanunları bombalar müəyyən edir- bu, artıq bütün bəşəriyyətə, bütün insanlığa bir təhdiddir… 

Biz Azərbaycan cəmiyyəti olaraq mənasız savaşın alətinə çevrilməməliyik. Haqqı görməliyik, hər iki tərəfdən haqqı deməliyik. Əlbəttə ki, biz soydaşlarımızın müdafiəsinə də qalxmalıyıq və Güney Azərbaycanın şəhərlərinin, xüsusən də Təbrizin bombardmana məruz qalmasına etirazımızı bildirməliyik. Qalan məsələlər isə İranın daxili işidir və onların fəaliyyətinə bağlıdır…

“Bəs sizcə, tərəflərin elan etdiyi atəşkəs sonadək davam edəcəkmi? Və qeyd edilən müddət başa çatdıqdan sonra ABŞ və İsrail yenidən əvvəlki ritorika və templə, Trampın “onları daş dövrünə qaytaracağıq” hikkəsi ilə  İranın infrastrukturlarını bombalamaqda davam edə biləcəkmi?” sualına isə siyasətçi belə cavab verib:

“İndi gözlənilən odur ki, ABŞ və İsrailin münaqişəni davam etdirə bilməyəcək, çünki bunun üçün potensialları yoxdur. Aydın oldu ki, Trampın nəticələrini düşünüb-daşınmadan İran kimi bir ölkəni dağıdacağını, mədəniyyətini məhv edəcəyini söyləməsi xuliqan təfəkkürünün təzahüründən başqa bir şey deyil. Dünya da bu cür yanaşmanı qəbul etmədi. Ancaq İran daxilində də qarşılıqlı təbəddülat olacaq. Rəsmi Tehran müharibəni udduqlarına elan etmələrinə rəğmən bu dövlətə çox ziyan dəyib. Və bunu da nəzərə alaraq ölkədə rejimin yumşalmasına gedilməsi üçün müvafiq tədbirlər görülməlidir… 

Ümumiyyətlə, bu 38 günlük savaşın nəticələrinə gəlincə Amerika və İsrail heç nə qazana bilmədi. Əksinə, ABŞ bir qlobal güc olaraq həm nüfuzunu itirdi, həm də bölgədəki strateji məkan olan Hörmüz boğazına nəzarəti ələ ala bilmədi. Yəni o yenə də təsir vasitəsi olaraq İranın əlindədir.

Nüvə proqramı və digər məsələlərin taleyi isə hələ danmışıqların gedişində məlum olacaq. 

Bilirsiz, gedişat göstərdi ki, bundan sonra da Trampın “İranın mədəniyyətini məhv edəcəm, onları daş dövrünə qaytaracam” hikkəsi ilə hansısa hərbi əməliyyat aparmaq mümkün olmayacaq.  Bu hamını Amerikadan daha da uzaqlaşdıracaq. Və dünya da bu cür yanaşmanı qəbul etməyəcək. Bundan sonra da ABŞ və İsrailin əlavə olaraq İrana qoşun yeridib genişmiqyaslı quru əməliyyatı keçirməyə də imkanları yoxdur. Digər təsir vasitələrini də hələ tapa bilməyiblər.  Deməli, bu müharibədə uzunmüddətli fasilə olacaq. Düzdü İsrail, yəqin ki, vəziyyəti yenidən qızışdırmağa, Amerikanı yenidən prosesə cəlb etməyə çalışacaq. Çünki Netanyahu rejimi  atəşkəsin də,  sülhün də qatı əleyhdarıdır. Onlar maraqlıdırlar ki, gərginlik davam etsin və münaqişə sakitləşməsin. Lakin bundan sonra atəşkəs pozulsa, müharibə davam etsə də, onlar İran üzərində istədikləri heç bir nəticəni əldə edə bilməyəcəklər. Çünki əgər Trampın təsvir etdiyi kimi bütün infrastruktur obyektlərinin davamlı bombardman edilməsinə gedilsə, İran da qisas olaraq Körfəzdəki ərəb ölkələrinin neft, qaz obyektləri və xətlərini, həmçinin içməli su təmin edən müəssisələri və digər infrastrukturlarını tamamilə sıradan çıxa bilər. Bu da həmin ölkələr üçün uzunmüddətli fəlakət demək olar. Bir sözlə, ABŞ və İsrail üçün bundan sonra hərbi əməliyyatların davamı nəticəsiz bir perspektiv deməkdir…”

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Aprel 2026 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri