“Bundan sonra hökumət vətəndaşdan aldığı hər manatı, hər 5 qəpiyi belə qənimət sayacaq” İQTİSADÇI
Icma.az bildirir, Gununsesi portalına istinadən.
“Bundan sonra belə olacaq, hökumət vətəndaşdan aldığı hər manatı, hər 5 qəpiyi belə qənimət sayacaq, tariflər, vergilər, rüsumlar bundan sonra da artacaq, çünki, hökumətin hədəfi yanlışdı – hədəf vətəndaş hesabına büdcəyə əlavə gəlir gətirməkdir, əslində isə hədəf vətəndaş üçün iqtisadi aktivliyin artırılması olmalıdır. O zaman büdcə də qazanacaq, vətəndaş da!”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli deyib.
“Bu sadə formulu anlamırlar, səhv yolla gedib daha böyük iqtisadi daralma yaradırlar.
Bir daha – ölkənin əsas problemi büdcə gəlirlərinin azalması deyil – bu nəticədir, əsas problem, ÜDM-in artım tempinin, iqtisadi aktivliyin azalmasıdır, hökumətin hər addımı isə iqtisadi aktivliyi daha da zəiflədir! Vətəndaş daha çox vergi, rüsum, tarif ödəyirsə, adi məntiqlə, başqa sahələrə daha az pul xərcləyir, az alır, az istehlak edir, bu isə iqtisadiyyatı daha da daraldır.
Belə, Yeni İlimiz və Həmrəyliyimiz mübarək, 2026-da ən vacib hədəf hökuməti bu yanlış yoldan dönməsi üçün birgə çalışmamız olacaq-olmalıdır!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 31 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















