Icma.az
close
up
RU
Bunları etmək stressin azalmasına səbəb olur Psixoloqdan AÇIQLAMA

Bunları etmək stressin azalmasına səbəb olur Psixoloqdan AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Son illərdə insanların həyatında stress və depressiya hallarının artması müşahidə olunur".

Bunu Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi. Onun sözlərinə görə, bu problemlərin yaranmasına bir sıra sosial, iqtisadi, texnoloji və psixoloji amillər təsir göstərir:

"Sürətli həyat tərzi və informasiya bolluğu, müasir cəmiyyətin ən diqqətəlayiq xüsusiyyətlərindən biri, həyatın sürətinin artması və məlumat axınının dayanmamasıdır. Sosial media, xəbər portalları və digər rəqəmsal vasitələr vasitəsilə insanlar daim yeni məlumatlarla qarşılaşır. Bu vəziyyət beyində informasiya yüklənməsinə, diqqətin dağılmasına və nəticədə emosional tükənmişliyə gətirib çıxara bilər. İş yerlərində artan təzyiq, sabit olmayan iş şəraiti, maddi çətinliklər və iqtisadi qeyri-müəyyənlik insanlarda narahatlıq və gərginlik yaradır".

Psixoloq qeyd etdi ki, işsizlik, əmək haqqının aşağı olması və karyera yüksəlişində yaşanan maneələr də stressin və depressiyanın yaranmasına səbəb ola bilər:

"Cəmiyyətdə müvəffəqiyyət, gözəllik və sosial status kimi kriteriyaların ön planda olması insanları davamlı müqayisəyə və özlərini qiymətləndirməyə məcbur edir. Bu rəqabət mühiti özünəinamın azalmasına, sosial təcrid və psixoloji gərginliyə yol aça bilər. Ailə daxilində və ya yaxın münasibətlərdə yaşanan problemlər, konfliktlər və emosional dəstək çatışmazlığı insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Davamlı münaqişələr və münasibətlərdə yaranan anlaşılmazlıqlar da stress və depressiyanın əsas səbəblərindəndir.
Hətta rəqəmsal əlaqələrin artdığı bir dövrdə, insanlar arasında dərin və mənalı ünsiyyətlərin azalması müşahidə olunur. Yalnızlıq, sosial təcrid və dostluq dairəsinin daralması insanın özünü tənha və dəstəkdən məhrum hiss etməsinə səbəb olur. Müasir cəmiyyətdə fiziki sağlamlığa çox diqqət yetirilərkən, psixoloji sağlamlıq sahəsində kifayət qədər maarifləndirmə və dəstək olmaması geniş yayılıb. İnsanların psixoloji problemlərini açıq şəkildə ifadə etməkdən çəkinmələri və bu sahədə yardım axtarmalarında yaranan utanc, problemlərin daha da dərinləşməsinə gətirib çıxara bilər".

Z.Əyyubova əlavə etdi ki, hər bir fərdin psixoloji vəziyyətində genetik və bioloji amillərin də rolu var. Dediyinə görə, ailəvi irsiyyət və bioloji struktur fərdin stress və depressiyaya meyilli olmasına təsir göstərə bilər:

"Gündəlik həyatın sürətindən bir qədər uzaqlaşaraq meditasiya, yoga, nəfəs məşqləri kimi rahatlama texnikalarını tətbiq etmək stressin azaldılmasına kömək edir. Zaman idarəetməsi və prioritetləşdirmə də gündəlik təzyiqin azaldılmasında mühüm rol oynayır. Mütəmadi idman fəaliyyəti, düzgün qidalanma və kifayət qədər yuxu, bədən və zehni sağlamlığın qorunmasında əsas amillərdəndir. Fiziki aktivlik endorfin, yəni xoşbəxtlik hormonu ifrazını stimullaşdıraraq emosional vəziyyəti yaxşılaşdırır. Ailə üzvləri, dostlar və yaxın çevrə ilə mütəmadi əlaqə saxlamaq, problemləri paylaşmaq və qarşılıqlı dəstək almaq insanın özünü daha güvənli və dəstəklənmiş hiss etməsinə gətirib çıxarır. Sosial qruplara qoşulmaq və ictimai fəaliyyətlərdə iştirak etmək də bu baxımdan faydalıdır. Problemlər həddindən artıq dərinləşibsə, peşəkar psixoloq və ya psixoterapevtlə məsləhətləşmək vacibdir. Terapiya, fərdin özünü daha yaxşı tanımasına və problemlərin kökünü aşkar edib aradan qaldırmasına yardım edir".

Həmsöhbətimiz hesab edir ki, insan zaman-zaman özünü fərqli fəaliyyətlərlə məşğul etməlidir.

"Musiqi, rəsmlə məşğul olmaq, ədəbiyyat oxumaq və sair stressin azalmasına və şəxsi məmnuniyyətin artmasına səbəb olur. Bu cür fəaliyyətlər beyin üçün dincəlmə imkanı yaradır. Öz emosional vəziyyətini izləmək, duyğuları tanımaq və qəbul etmək, problemlərin öhdəsindən gəlmək üçün vacib addımlardandır. Şəxsi inkişaf üzərində işləmək və özünə inamı artırmaq, stress və depressiyanın qarşısının alınmasında əhəmiyyətlidir. Müasir dövrdə stress və depressiya hallarının artmasının əsas səbəbləri həyat tərzinin sürətlənməsi, iqtisadi və sosial problemlər, informasiya bombardmanının təsiri və psixoloji sağlamlığa yetərincə diqqət yetirilməməsi ilə izah olunur. Bununla belə, fərdin özünə və ətraf mühitə uyğunlaşaraq tətbiq edəcəyi müxtəlif strategiyalar, sağlam həyat tərzi, sosial dəstək, peşəkar məsləhət və özünü inkişaf etdirən fəaliyyətlər bu problemlərin aradan qaldırılmasına və daha balanslı həyat sürülməsinə kömək edə bilər", - deyə psixoloq vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Fevral 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri