Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... Simonyan
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əgər fürsət yaranarsa və bu imkan müzakirə olunarsa, biz Azərbaycandan və İrandan da qaz alacağıq.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün jurnalistlərlə söhbətində bildirib.
"Elektrik enerjisinə keçəcəyik, bütün ölkələrdən qaz alacağıq, nüvə elektrik stansiyasını gücləndirəcəyik, günəş enerjisi sistemini gücləndirəcəyik, bütün ölkələrlə ticarət edəcəyik, yaxın gələcəkdə Türkiyə ilə sərhədi açacağıq, Azərbaycanla yekun diplomatik münasibətlər quracağıq, region ölkələri arasında hər cəhətdən sülh və əməkdaşlıq olacaq. Bütün mümkün yerlərdə Azərbaycanla demarkasiya və sərhədlərin müəyyənləşdirilməsi prosesini başa çatdıracağıq", - o vurğulayıb.
Simonyan qeyd edib ki, hər şey çox yaxşıdır, çünki indi Ermənistanda sülh və demokratik hökumət var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 Sentyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















