Icma.az
close
up
RU
Bunu məni sevməyən məşhur icra başçılarından biri yazdırır İbrahim Mehdiyev

Bunu məni sevməyən məşhur icra başçılarından biri yazdırır İbrahim Mehdiyev

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyevlə bağlı bir sıra saytlarda və sosial şəbəkələrdə qalmaqallı müzakirələr aparılır. Aparılan müzakirələrdə keçmiş başçısının guya qeyri-qanuni yaşadığı bir xanıma daş karxanası bağışladığı qeyd edilir.

Manset.az günlərdir müzakirə olunan bu qalmaqallı məsələ ilə bağlı İbrahim Mehdiyevlə əlaqə saxlayıb. O,saytımıza açıqlamasında məlumatların yalan, tamamilə uydurma olduğunu bildirir:

"Bu məsələlərin mənə aaidiyyəti yoxdur. Bu sözləri deyən adamlardan soruşun ki, məni tanıyırlar, ya yox. Mən, ümumiyyətlə, o qadını tanımıram. Ola bilər ki, məni istəməyən adamlar qəsdən belə müzakirələr yaradıblar. Əslində mən bilirəm, bu yalanlar haradan qaynaqlanır. Bunu məni sevməyən məşhur icra başçılarından biri yazıb. Mən qeyd edim ki, mən Vətənə layəqətlə xidmət etmişəm. Yasamalda icra başçısı kimi işlədiyim dövrlərdə 4 park saldırmışam. Sakinlərə qayğı ilə yanaşmışam, onlara həmişə mənim qapım açıq olub və mən bütün vətəndaşları həmişə təxirə salınmadan qəbul etmişəm.

Mənim dövrümdə Yasamalda böyük söküntü işləri aparılıb, "Sovetski"-ni mən sökmüşəm. Mən orada sakinlərin hamısı ilə bir-bir danışmışam. Elələri var idi ki, onların yaxınları türmədə idi, hətta mən onlarla əlaqə yaradıb razılıq almışam. Əlimdən nə gəlirsə dövlətim və millətim üçün etmişəm, vicdanla və layəqətlə işləmişəm. İndi mənim haqqımda belə ifadələrin söylənməsinə təəssüf edirəm. Görünən odur ki, mən kimlərinsə barmağını möhkəm basmışam, ona görə də mənim haqqımda belə ifadələr yazırlar. "

Deyirlər ki, sizin Bakı şəhərində 30-dan çox eviniz var? 

"Bu yalandır. Mənim Xətai metrosunun arxasında bir evim var və bir də bağım var."

Qeyd edək ki, İbrahim Mehdiyev 2006-2017-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb. O, 2017-ci ildə "Sovetski" adlanan ərazidə yerləşən "Haci Cavad" məscidini sökülməsinə görə işdən çıxarılmışdı.

Manşet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:284
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 30 Yanvar 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri