Kanalizasiya xətti üstündə dava düşdü (Video)
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tullantı sularının axıdılması üçün çəkilən kanalizasiya xətti iki küçənin sakinlərini üz-üzə qoyub.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Nizami rayonunun Qafqaz küçəsi və Xətai rayonunun Kəpəz küçəsinin sakinləri arasında kanalizasiya xəttinin hara birləşdiriləcəyi ilə bağlı mübahisə yaranıb.
Qafqaz küçəsinin sakinləri deyirlər ki, şəxsi vəsaitləri hesablarına tullantı sularının axıdılması üçün kanalizasiya xətləri çəkiblər.
Lakin, indi həmin boruların mövcud kanalizasiya xəttinə qoşulması mümkün olmadığından sakinlər çətin vəziyyətlə üzləşiblər.
Sakinlər deyirlər ki, dəfələrlə məsələylə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət edilib. Qurumdan sakinlərə bildirilib ki, hər iki küçə sakinlərinin problemi öz aralarında həll edəcəkləri təqdirdə ara küçələrdəki xətt əsas xəttə birləşdiriləcək.
Kəpəz küçəsinin sakinləri isə bildirirlər ki, kanalizasiya xəttini onlar da öz vəsaitləri hesabına çəkdiriblər.
Onların sözlərinə görə, digər küçənin sakinlərinin də həmin xəttə qoşulması mövcud problemin öz evlərində də yaranmasına səbəb ola bilər.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 Noyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















