Burada Vicdan haqqı deyəndə insanlar üzünü tutur Məşhur bloger Azərbaycan haqqında elə sözlər dedi ki... VİDEO
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli məşhur yutuber, serial və film tənqidçisi Azərbaycana gəlib.
Ölkə.Az xəbər verir ki, Bakıda qonaq olan yutuber azərbaycanlı izləyicilərinin xahişi ilə bizim telekanalları da izləyərək efirdə gedən veriliş və seriallar barədə fikirlərini bildirib.
O deyib ki, öyrəndiyinə görə, Azərbaycanda ən sevilən serial “Əqrəb mövsümü”, ən utanılan serial isə “Vicdan haqqı”dır. Bakı küçələrində izləyiciləri ilə rastlaşan M.Soner bildirib ki, Azərbaycanda "Vicdan haqqı" deyəndə insanlar üzünü tutur.
İçərişəhəri gəzən M.Soner “burada çox qəşəng törə dizisi çəkmək olar” deyərək azərbaycanlı və türkiyəli prodüserlərə səslənib.
Azərbaycan efirində “Gəl danış” verilişini izləyən yutuber aparıcı Amil Xəlilin adını səhvən Amil Zelil deyib. O, aparıcını “Azərbaycanın Müge Anlısı” adlandırıb.
Serialda aktyor Kənan MM-i görən M.Soner onun Azərbaycanın Ozan Akbabası olduğunu söyləyib.
“Reklamlar çox keyfiyyətlidir, seriallar sanki mobil telefonla çəkilib”, - deyə o əlavə edib.
Yutuber hər mənada Türkiyə ilə Azərbaycan arasında çox oxşarlıqlar olduğunu deyib.
Sözügedən video bir gecəyə yarım milyondan çox izlənib.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















