Burak Özçivit Bodruma 5 lüks avtomobilini də aparıb FOTO
Tribuna saytına istinadən Icma.az xəbər verir.
Məşhur türk aktyoru Burak Özçivit, həyat yoldaşı Fahriye Evcen və övladları Karan və Kerem ilə birlikdə yay tətilini keçirmək üçün Bodrumun Gümüşlük bölgəsindəki dəniz mənzərəli villalarına köçüblər.
Tribunainfo.az xəbər verir ki, avtomobil həvəskarı kimi tanınan Özçivit, bu yay mövsümündə də maşın sevgisini bir daha sübut edib. O, ümumi dəyəri milyonlarla lirə olan 5 lüks avtomobilini və onun üçün hazırlanmış xüsusi istehsal motosikletini yük maşını (çekici) vasitəsilə Bodruma göndərib.
Özçivit ailəsinin lüks həyata bu qədər bağlılığı pərəstişkarları tərəfindən bir o qədər də sevilmir. İzləyicilərdən çoxu Burakın uşaq kimi avtomobillərlə oynadığını yazır.
Burak Özçivitin Bodruma gətirdiyi lüks avtomobillər artıq bölgədəki pərəstişkarların və medianın diqqət mərkəzinə çevrilib. Maşınların markaları hələ rəsmi şəkildə açıqlanmasa da, aktyorun kolleksiyasında Ferrari, Mercedes və Range Rover kimi yüksək dəyərli modellərin olduğu bildirilir. Bundan əlavə, onun xüsusi istehsal motosikleti də avtomobil həvəskarları arasında maraq doğurub.
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 03 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















