Icma.az
close
up
RU
Buraxılış imtahanında problem: DİM ittihamla razılaşır?

Buraxılış imtahanında problem: DİM ittihamla razılaşır?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 9-cu sinif buraxılış imtahanı keçirilib.

Ancaq bəzi ekspertlər həmin imtahanın təşkili ilə bağlı bir sıra problemlərin olduğunu iddia edirlər.

Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, aprelin 13-də keçirilmiş 9-cu sinif buraxılış imtahanı bir daha göstərdi ki, Dövlət İmtahan Mərkəzi artıq imtahan təşkil etmək keyfiyyətini ciddi şəkildə itirmək üzrədir:

“Çoxları üçün bu imtahan adi görünə bilər, amma kollecə qəbul olmaq istəyənlər, hərbi liseyə hazırlaşanlar, fərqlənmə attestatı almaq istəyənlər üçün bu, təyinedicidir, taleyüklü bir mərhələdir. Təəssüf ki, bu məsuliyyət şagirdlər və onların valideynləri üçün nə qədər ciddi olsa da, DİM üçün sadəcə texniki bir gün kimi görünür".

O bildirib ki, imtahanın keçirilməsi zamanı baş verən texniki və təşkilati qüsurlar- xüsusilə xarici dil fənni üzrə dinləyib-anlama bölməsindəki xaos, bu qurumun əvəzolunmaz olduğunu iddia etdiyi sistemə və gənc nəsillə davranışına necə səthi yanaşdığını üzə çıxardı.

Doğurdanmı buraxılış imtahanı zamanı texniki və təşkilati qüsurlar baş verib?

Dövlət İmtahan Mərkəzindən bununla bağlı "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil fənni üzrə 4 tapşırıq dinləyib-anlama bacarıqlarının yoxlanılmasına aiddir:

“Bu imtahandan öncə şagirdlərə verilən yaddaş kitabçasında, həmçinin imtahan zamanı sual kitabçalarının üzərində olan qısa təlimatda da göstərilib. Sadəcə mətnlə bağlı təlimat səsləndirilərkən “4” əvəzinə “6” deyilib. Bu yerində həll oluna bilən texniki məsələdir və imtahanın məzmununa heç bir təsir göstərmir.

İmtahan başlamadan öncə bütün imtahan rəhbərlərinə və nəzarətçilərə bununla bağlı məlumat verilib və əvvəlcədən şagirdlərin də diqqətinə çatdırılıb. Yəni məsələ yerində həll olunub, ona görə də bununla bağlı DİM-ə heç bir müraciət də daxil olmayıb".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Buraxılış imtahanı DİM

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri