Icma.az
close
up
RU
Статья не опубликована
Buraxılış imtahanları qapıda: Şagirdləri ağır stressdən necə qoruyaq? Günay Əkbərovanın rəyi

Buraxılış imtahanları qapıda: Şagirdləri ağır stressdən necə qoruyaq? Günay Əkbərovanın rəyi

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Buraxılış imtahanları yaxınlaşdıqca, həm şagirdlər, həm də valideynlər üçün həyəcanın artdığını görürük. Bu dövr uşaqlar üçün təkcə biliklərini yoxlamaq deyil, həm də psixoloji cəhətdən sınanmaq mərhələsidir. Məktəblərdə ümumən psixoloji dəstək mövcud olsa da, bütün məktəblərdə bu sahədə sistemli yanaşmanın geniş şəkildə tətbiq olunmadığını etiraf etmək lazımdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.

O qeyd edib ki, biz, müəllimlər və valideynlər olaraq, uşaqlarımıza yalnız dərs və imtahanlar baxımından deyil, eyni zamanda onların ümumi rifahı və psixoloji sağlamlığı üçün də dəstək olmalıyıq.

“Dünya təcrübəsinə nəzər salsaq, müxtəlif ölkələr imtahan stressinin azaldılması üçün müxtəlif yollar tapıblar. Məsələn, Finlandiyada imtahanların sayı azaldılaraq şagirdlərin rifahı və psixoloji sağlamlığı ön planda tutulur. İngiltərədə məktəblərdə psixoloji məsləhətçilər aktiv şəkildə fəaliyyət göstərir və şagirdlərə streslə mübarizə yollarını öyrədirlər. Yaponiya isə ailələri də bu prosesə cəlb edərək, uşaqların psixoloji yükünü yüngülləşdirməyə çalışır. Bu təcrübələr bizə göstərir ki, uşaqlarımızın uğuru üçün həm məktəb, həm də ev mühiti, onların emosional dəstəyini təmin etməlidir. Son illərdə, xüsusilə xarici dil fənlərində yeni qiymətləndirmə modellərinin tətbiqi ilə imtahan nəticələrində dəyişikliklər müşahidə olunur. Pandemiya dövründən sonra bəzi şagirdlər bilik boşluqları yaşasa da, fərdi hazırlıq, ev tapşırıqları və əlavə dərs dəstəyi ilə bu boşluqları qismən doldurmaq mümkün oldu. İmtahan nəticələri tamamilə mükəmməlliyi əks etdirməsə də, prosesin inkişafı və şagirdlərin öz üzərində çalışmaları böyük əhəmiyyət kəsb edir. Valideynlər olaraq, uşaqlarımızın yanında olmaq, onlara dəstək vermək ən vacib məsələdir”.

G. Əkbərova bildirib ki, uşaqlarımıza imtahanların yalnız bir mərhələ olduğunu, nəticələrin onların bütün həyatını müəyyən etmədiyini izah etmək lazımdır:

“Biz müəllimlər də onların yol yoldaşı, onlara həm dərsdə, həm də həyatda uğur qazanmaq üçün lazımi motivasiyanı verməyə çalışırıq. Planlı hazırlıq, vaxtı düzgün bölmək, qısa fasilələr vermək, dərin nəfəs alma, meditasiya və fiziki aktivlik kimi rahatlama texnikalarını tətbiq etmək stressi azaltmaqda çox faydalıdır. Bundan başqa, sağlam yuxu rejimi və balanslı qidalanma onların beyin fəaliyyətini dəstəkləyir və imtahana daha yaxşı hazırlaşmalarına kömək edir. Unutmayaq ki, imtahanlar uşağımızın dəyərini müəyyən etmir; onlar sadəcə bir mərhələdir. Əsas odur ki, uşaqlarımıza sevgi, anlayış və inam bəsləyək, onlara hər zaman dəstək olaq. Həm məktəb, həm də ev mühiti onların potensialını inkişaf etdirmək üçün böyük gücdür. Gəlin, birlikdə, səmimi və ürəyi yanan bir dəstək göstərərək, şagirdlərimizin bu mərhələdən uğurla keçməsinə kömək edək”.

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Fevral 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri