Icma.az
close
up
RU
Buraxılış və qəbul imtahanları BİRLƏŞDİRİLƏCƏK?

Buraxılış və qəbul imtahanları BİRLƏŞDİRİLƏCƏK?

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

“Bu gün vəziyyət o həddə çatdırılıb ki, sanki təhsilin vəzifəsi yalnız imtahan keçirməkdən ibarətdir. Ali məktəb sevdası, indiki qədər “diplomlu olmaq” predmetinə çevrilməmişdi. Testin tətbiqi ilə əlaqədar mərkəzləşdirilmiş imtahan sistemi tətbiq olunandan bu günə qədər elə bir il olmur ki, imtahanlarla bağlı məsələ gündəmə gəlməsin, haqlı-haqsız, yerli-yersiz narazılıqlara səbəb olmasın.
 

Ajiotaja səbəb olan davamlı qarşıdurmalar, ittiham həddinə çatan mübahisə və polemikalar istər-istəməz cəmiyyət üzvlərində belə təsəvvür yaradır ki, sanki, təhsilimizin imtahan keçirməkdən başqa problemi yox imiş və hər kəs də ali təhsilli diplom sahibi olmalıdır”.

Sfera.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

O, imtahanların çoxluğundan şikayətlənib:


“Buraxılış imtahanı, qəbul imtahanı, sınaq imtahanı, qabiliyyət imtahanı,  blok imtahanları, nə bilim, altqrup, üstqrup imtahanları, MİQ, DİQ, yerdəyişmə imtahanları, daha nələr, nələr...
 

Belə çıxır ki, təhsilimizin bütün problemləri həllini tapıb qalıb bircə imtahan vasitəsi ilə bunları həll etmək. Halbuki, həyatın özü onsuz da hər kəsi hər addımda sınağa çəkdiyi azmız kimi, bu imtahanlar da bir yandan...
 

“Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun inkişaf etdirilməsi birinci istiqamət kimi nəzərdə tutulduğu halda, biz yenə də təhsilimizdə bilik faktorunu əsas götürərək, məktəblərimizin, müəllimlərimizin, məzunlarımızın fəaliyyətini yalnız bilik göstəriciləri ilə - neçə şagirdin ali məktəbə daxil olması, neçəsinin yüksək bal toplaması, medal qazanması, müxtəlif olimpiada qalibi olması, təqaüdlə rəğbətləndirilməsi, bir sözlə bilik nümayişı ilə ölçürük. Bu mənada və istənilən halda təhsilə baxışımız, yanaşma tərzimiz dəyişməlidir”.

“İmtahan biliyi ölçməlidir, stress yaratmamalıdır”
 

Müsahibimiz deyir ki, imtahan keçirilməlidir, bir şərtlə ki, bu prosedur imtahan verəndə stress, bullinq, aqressiya, depressiya, özünəqapanma və digər bu kimi emosional hisslər yaratmasın:
 

“Bunun üçün isə ilk növbədə “mentalitet” adlandırdığımız düşüncəmizdə korrektə işləri aparılmalıdır. Kurikulumun məqsədi heç də ümumtəhsil məktəbi qarşısında ali məktəbə tələbə hazırlamaq vəzifəsi qoymayıb və təhsilə dair digər hüquqi-normativ sənədlərdə də belə bir zərurətlə bağlı məcburi göstəriş yoxdur.
 

Bu kimi vacib məqamlar təhsil rəsmilərinin də diqqət mərkəzindən kənarda qalmayıb. Baxmayaraq ki, nazir Emin Əmrullayev ümumi təhsil müəssisələrində imtahanların sayının çoxluğu ilə əlaqədar "Hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir" deyərək "imtahan-imtahan oyunu"na son qoyulacağına bir qədər ümid yaratdı. Hətta DİM-in sədri Məleykə Abbaszadə də buna bənzər bir açıqlama vermişdi”.


İmtahansız qəbula keçə bilərikmi?
 

Nadir İsrafilov hesab edir ki, imtahansız qəbulun təşkilindən də söhbət gedir:
 

“Bu gün imtahanları da ləğv edə bilmərik. Çünki biz buna hazır deyilik. Tədricən təkpilləli vahid imtahana keçə bilərik. Buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini həll edə bilərik.
 

O ki, qaldı buraxılış və qəbul imtahanlarına hazırlığın nəyə görə dərsliklər əsasında deyil, test kitabçaları və əlavə tədris resursları əsasında aparılmasına, bu məsələdə də fərqli yanaşmalar özünü biruzə verməkdədir. Bununla bağlı iradları DİM rəhbəri son açıqlamasında belə əsaslandırıb ki, “Abituriyentlər yox, daha çox kurs rəhbərləri və bəzi müəllimlər imtahan suallarının tədris proqramına uyğun olmamasına dair fikirlər səsləndirirlər.

Ümid edək ki, tezliklə imtahanların yığcam və rahat bir modeli hazırlanmaqla, bu üzücü və məşəqqətli prosesi həqiqi bilik nümayişi bayramına çevirmək mümkün olacaq. Buraxılışla qəbul imtahanlarının birləşdirilməsi və sadələşdirilməsi, təkpilləli vahid imtahan modelinə keçilməsinin məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaldar.


Bu, eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola biləcək, uzun illərdən bəri davam edən "imtahan-imtahan oyunu"na nəhayət son qoyulacaq.
 

Bu kimi dəyişiklikləri müəllimlərimiz və şagirdlərimizi DİQ, MİQ və s. işə qəbul, habelə diaqnostik, summativ, formativ imtahanlarına da şamil etməklə, onları əlavə yükdən azad edib, bilavasitə öz funksional vəzifələrinin icrasına yönəltmək olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 İyun 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri