Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Bürclərə görə ən yaxşı sevgililər günü HƏDİYYƏSİ

Bürclərə görə ən yaxşı sevgililər günü HƏDİYYƏSİ

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

14 fevral — dünya üzrə "Sevgililər Günü" olaraq qeyd olunan bir tarixdir. Bu günün tarixi əsrlər öncəyə, Müqəddəs Valentinin adı ilə bağlıdır.

Müxtəlif əfsanələrə görə, Müqəddəs Valentin Roma İmperiyasının dövründə, imperatorun sevgini qadağan etdiyi bir dövrdə, gizlicə evliliklər təşkil edərdi və sevənləri birləşdirərdi. Bu cəsarətli hərəkətləri nəticəsində, o, şəhid oldu və ardından bu tarix, sevgi və qorumaq üçün mübarizə simvoluna çevrildi.

Bugün, sevgililər arasında münasibətlərin daha da gücləndiyi və insanlar arasında sevgi hisslərinin daha çox yaşandığı bir gündür. Səhər saatlarından etibarən, çiçəklər, şokoladlar və mesajlar ilə sevgililər bir-birini təbrik edirlər.

Bəs görəsən bu özəl gündə hansı bürcə, nə hədiyyə edilməlidir?

AZXEBER.COM bu özəl gündə bürclərin almağı sevdiyi hədiyyələri araşdıraraq oxiuculara təqdim edir:

Qoçlar aktivliyi, yenilikləri və hər zaman təcrübə etməyi sevirlər. Onlar həm də sürətə və macəraya çox meyillidir. Buna görə də Qoç bürcünə hədiyyə seçərkən onların bu xüsusiyyətlərini nəzərə almaq vacibdir. Onlara bir idman avadanlığı, qaçış ayaqqabısı və ya yüksək keyfiyyətli bir idman geyimi çox yaxşı bir hədiyyə ola bilər. Qoçlar yenilikləri və sürəti sevdikləri üçün yeni texnologiyalara maraqları çoxdur. Onlara ən son model telefon, tablet, smart saat və ya yeni bir oyun konsolu hədiyyə etmək onları çox sevindirə bilər.

Buğalar lüksə və yüksək keyfiyyətə meyillidirlər, eyni zamanda evdə rahatlıq və mükəmməl şəraitə dəyər verirlər. Onların praktik və estetik zövqləri, hədiyyə seçiminin çox xüsusi olmasını tələb edir. Yüksək keyfiyyətli dəri çanta, şık bir xalça, keyfiyyətli yastıq, estetik otaq dekoru əşyası və ya onların zövqünə uyğun bir bəzək əşyası hədiyyə edə bilərsiniz.

Hava elementi olan, ünsiyyətcil, maraqlı və dəyişkən xarakterə sahib Əkizlər bürcü ntellektual stimullaşdırıcı fəaliyyətləri sevirlər və yeni məlumatlara açıq olurlar. Onlara 14 fevral hədiyyəsi seçərkən sosial və intelektual maraqlarını nəzərə almaq faydalıdır. Onlar daim özlərini inkişaf etdirməyə çalışırlar. Bir onlayn kurs, dil öyrənmək üçün təklif, musiqi aləti dərsləri və ya digər maraqlı mövzularda dərslər hədiyyəsi əla seçim ola bilər.

Xərçəng bürcü su elementi ilə əlaqəlidir və duyğusal, evə bağlı, qayğıkeş və həssas bir bürcdür. Xərçənglər ailə və yaxınları ilə vaxt keçirməyi, emosional dərinlikləri yaşamağı sevirlər. Onlar həm də çox romantikdirlər və başqalarına qayğı göstərməkdən məmnun olurlar. Şəxsi və mənalı hədiyyələrə dəyər verirlər. Onlara öz əl yazınızla yazılmış bir məktub, romantik bir şeir, xatirə albomu və ya şəkil çərçivəsi içərisində bir foto, eləcə də özəəl hazırlanmış şam, krem və dəriyə qulluq vasitələri hədiyyə etmək yerinə düşər.

Enerjili, lider ruhlu, təbii olaraq cazibədar və dramatik olan Şirlər diqqət mərkəzində olmağı, özlərini xüsusi hiss etməyi və lüksü sevirlər. Onlar həm də çox romantik və sədaqətlidirlər, buna görə 14 fevralda veriləcək hədiyyənin onların şəxsiyyətini və zövqlərini əks etdirməsi vacibdir. Şirlər lüks və diqqət çəkən zərgərliklərə çox maraqlıdırlar. Onlara parlaq bir qolbaq, şık bir üzük və ya zərif bir boyunbağı hədiyyə etmək, onları çox sevindirəcəkdir. Onlara özlərinə yaraşan bir geyim, ya da diqqət çəkici bir çanta və ya bəzək əşyası hədiyyə edə bilərsiniz.

Qız bürcü mükəmməliyyətciliyi və təmizliyə verdiyi önəm ilə lider bürc adına sahibdir. Eyni zamanda, Qızlar sadəlikdən və funksionallıqdan zövq alırlar, amma estetik zövqləri də yüksəkdir. Qız bürcü sadə, amma zərif zərgərlikləri sevir. Onlara minimalist bir qolbaq, zərif bir üzük və ya klassik bir boyunbağı hədiyyə edə bilərsiniz. Aksesuarın çox əlvan və ya aşırı dekorativ olmamasına diqqət edin. Qızlar sadə, amma şık geyimlərə üstünlük verirlər. Onlara keyfiyyətli bir şal, rahat bir paltar hədiyyə edə bilərsiniz. Dəblə bağlı daha sadə və klassik dizaynlar onların zövqünə uyğun olacaq.

Tərəzilər estetik zövqlərə çox dəyər verirlər və gözəlliyi, harmoniyanı axtarırlar. Onlar münasibətlərə çox dəyər verirlər və romantizmi sevirlər. Tərəzilər üçün romantizm çox önəmlidir. Onlara lüks bir restoranda romantik bir şam yeməyi, konsert, teatr şousu və ya bir sərgi biletini hədiyyə edə bilərsiniz. Birlikdə keçirəcəyiniz gözəl bir gün və xüsusi bir təcrübə onlara çox dəyərli olacaq.

Əqrəb bürcü su elementi ilə əlaqəli, sirli, dərin və emosional bir bürcdür. Əqrəblər çox güclü hisslərə sahibdirlər və münasibətlərdə sadiqlik və dürüstlük axtarırlar. Onlar sadəcə qiymətli və estetik hədiyyələr deyil, həm də emosional dəyəri olan şeylərə çox önəm verirlər. Əqrəblər təbii olaraq gizemli və cəlbedici olduqları üçün onlara xüsusi, sirli və unikal bir ətir hədiyyə etmək çox doğru bir seçim ola bilər. Təbiətə bağlı olan bu bürc bəzən təbiətdə dərin düşüncələrə dalmağı sevir. Onlara təbiətdə bir gün keçirmək üçün hədiyyə (məsələn, çadır, kamp təcrübəsi və ya təbiət turu) çox maraqlı və uyğun olacaq.

Macəraçı, azad ruhlu, enerjili və həyatdan zövq almağa meyilli bürc olan Oxatanlar yeni təcrübələrə, səyahətlərə, və təbiətlə vaxt keçirməyə çox dəyər verirlər. Onlar həmçinin açıq fikirli və əyləncəli olurlar, buna görə 14 fevralda veriləcək hədiyyə onların sərbəst ruhunu və həyat sevgisini nəzərə almalıdır. Oxatanlar yeni təcrübələrə, səyahətlərə və macəralara çox dəyər verirlər. Onlara bilet, bir səyahət təklifi, həftə sonu qaçışı, yeni bir şəhərə səyahət və ya təbiətə gəzinti hədiyyə etmək yerinə düşəcək.

Oğlaqlar üçün uğur, sabitlik və həyatdakı məqsədləri çox önəmlidir. Həmçinin, onlar sadə və funksional hədiyyələrə üstünlük verir, lakin eyni zamanda qiymət və keyfiyyətə də böyük diqqət yetirirlər. Oğlaqlar çox işgüzar və təşkilatçıdırlar, buna görə də onlara işlərində istifadə edə biləcəkləri yüksək keyfiyyətli bir alət və ya aksesuar hədiyyə etmək mükəmməl olacaq. Məsələn, şık bir iş çantası, dəbdəbəli bir qol saatı, yüksək keyfiyyətli bir qələm və ya olanşet onların ürəyincə olacaq.

Dolça bürcünün üzvləri sadə və ənənəvi hədiyyələrdən çox, unikallığı və təcrübəni qiymətləndirirlər. Dolçaya 14 fevral hədiyyəsi seçərkən, onları təəccübləndirəcək və zövqlərinə uyğun olacaq bir şey düşünmək vacibdir. Dolçalar yeni təcrübələrə, sərhəd tanımayan fəaliyyətlərə və təbiətə dəyər verirlər. Onlara birgə unikal bir təcrübə hədiyyə etmək, məsələn, ulduzları izləmək üçün gecə gəzintisi, paraşütlə atlama, ya da ekstremal bir idman təcrübəsi təqdim etmək çox uyğun olacaq. Ayrıca, təbiətdə və ya açıq havada keçiriləcək bir piknik və ya gəzinti də onları çox sevindirəcək.

Balıqlar çox emosionaldırlar və başqalarının hisslərini çox yaxşı anlayırlar. Onlar həmçinin estetik gözəlliklərə və mənalı hədiyyələrə dəyər verirlər. Balıq bürcünə veriləcək hədiyyə, onların incə və duyğusal təbiətlərini nəzərə alaraq seçilməlidir. Məsələn, birgə bir spa günü, masaj, ya da xüsusi bir restoranın romantik şam yeməyi hədiyyəsi onları könlünü oxşayacaq. Balıqlar həm də su elementini sevdikləri üçün su kənarında bir yürüş və ya sahildə bir gün keçirmək onlara çox xoş olacaq.

Aysel Hacızadə 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Fevral 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri