Butulka effektli yollarda qəzaların qarşısını necə almaq olar? Mütəxəssis İZAH ETDİ VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Yollarda iki zolağın bir zolağa düşdüyü, yaxud zolağın yarıbayarı daraldığı yerlərdə sürücülər arasında tez-tez anlaşılmazlıq və təhlükəli vəziyyətlər yaranır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu cür hallarda düzgün hərəkət qaydasını izah edərək sürücülərə vacib tövsiyələr verib.
Aqil Rəhimovun sözlərinə görə, zolaq daraldıqda və yol bir zolağa düşdükdə üstünlük sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinindir. Yəni “sağ əl qaydası” burada əsas prinsip sayılır. Lakin problem ondadır ki, bir çox sürücü bu qaydanı ya bilmir, ya da ona əməl etmir.
Soyuq havada avtomobildə qalan qazlı içki donaraq partladı; salon yararsız hala düşdü - VİDEO
Məşqçi bildirir ki, məhz bu səbəbdən bəzi hallarda “qıfıl” adlandırılan manevrdən istifadə etmək məcburiyyəti yaranır. Bu manevr zamanı sürücü zolağın daraldığı nöqtədə avtomobili elə mövqedə yerləşdirir ki, soldan gələn nəqliyyat vasitəsi təhlükəli şəkildə önə keçə və ya toqquşma riski yarada bilməsin. Məqsəd yolu bağlamaq yox, qəzanın qarşısını almaqdır.
Aqil Rəhimov vurğulayır ki, əslində soldan gələn sürücülər sağdakı nəqliyyat vasitələrinə yol verməlidirlər. Lakin real vəziyyətdə bu qaydaya çox vaxt əməl olunmadığı üçün sürücülər öz təhlükəsizliklərini təmin etmək üçün “qıfıl” manevrinə əl atırlar. Bu zaman yol artıq iki zolaq yox, faktiki olaraq bir zolaq kimi qəbul edilir və hərəkət həmin qaydada davam etdirilir.
Məşqçinin sözlərinə görə, belə yerlərdə dönmə siqnallarından istifadə məsələsi də sürücüləri çaşdıra bilər. Yolun özü istiqamətini dəyişirsə və zolaq daralırsa, əlavə dönmə siqnalına ehtiyac olmur. Əsas məsələ diqqətli olmaq, sürəti azaltmaq və qarşıdakı nəqliyyat vasitələrinin hərəkətini düzgün qiymətləndirməkdir.
Qəza əleyhinə kursların məşqçisi sürücülərə müraciət edərək bildirib ki, zolaq daralan ərazilərdə tələskənlik və “mən birinci keçim” düşüncəsi qəzalara səbəb olur. Bu cür yerlərdə qarşılıqlı anlayış, yol hərəkəti qaydalarına riayət və təhlükəsiz manevr hər kəsin xeyrinədir.
Eltac Zülfüqaroğlu
Oxunub 218
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 09 Yanvar 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















