Icma.az
close
up
RU
Bütün azad olunmuş ərazilərdə bərpa quruculuq və qayıdış təmin olunmaqdadır Yeni Gündəm

Bütün azad olunmuş ərazilərdə bərpa quruculuq və qayıdış təmin olunmaqdadır Yeni Gündəm

Yenigundem saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Bu il də ənənəyə uyğun olaraq Prezident İlham Əliyev azad olunmuş ərazilərimizdən birində – Ağdərənin Həsənriz kəndində  Novruz tonqalını alovlandırdı. Bu prosesdə kənd sakinlərinin də iştirakı “Böyük qayıdış” proqramının uğurla icrasının göstəricisidir. Həsənriz kəndinə də artıq həyat qayıdıb və dövlət başçımız buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub. Buraya 50 ailə artıq köçüb, yaxın günlərdə daha 40 ailənin köçü, ardınca isə iki mərhələdə 192 evin inşası nəzərdə tutulub. Beləliklə, bütün azad olunmuş ərazilərə qayıdış təmin olunmaqdadır. Cənab Prezidentin söylədiyi kimi, artıq  qaçqın-köçkün sözü də yavaş-yavaş lüğətimizdən çıxır.

Tarixi ərazimiz olan Həsənriz kəndi Vətən müharibəsindən 3 il sonra, cəmi bir neçə saat davam edən antiterror əməliyyatları nəticəsində azad olundu. Amma kəndin azad olunmasının təməli 44 günlük savaşda qoyulmuşdu. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qısa müddətdə suverenliyimizi də bərpa edərək missiyanı tam şəkildə yerinə yetirəcək, bununla da bölgədə separatizmin kökü birdəfəlik kəsiləcəkdi. Cənab Prezident sakinlərlə görüş zamanı da bəyan etdi ki, 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, “antiterror əməliyyatı zamanı da bizə qarşı siyasi və digər hərəkətlər olsa da, onların heç bir nəticəsi olmadı. Beynəlxalq təşkilatlarda Ermənistanın havadarları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, digər addımlar atmağa çalışdılar, buna nail ola bilmədilər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva eyni zamanda Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. Kəndə köçlə bağlı ümumilikdə 180 ailə – 591 nəfər siyahıya alınıb. 2022-ci ildə cənab Prezident məhz Suqovuşanda Novruz tonqalını qalamışdı və həmin vaxt da bura doğma sakinlərin köçürülməsi üçün şəraitin yaradılması ilə bağlı göstəriş vermişdi. Suqovuşanın bugünkü mənzərəsi qısa müddətdə köçün təmin olunması üçün bütün lazımi tədbirlərin görüldüyünü təsdiqləyir.
Strateji əhəmiyyətə malik olan Suqovuşan 44 günlük savaş zamanı azad olunan ilk kənd idi. Məlum olduğu kimi, həm Suqovuşan, həm də Sərsəng su anbarlarının tikintisinin müəllifi Ulu Öndər olub. İşğal dövründə Ermənistan ekoloji terror həyata keçirərək, su resurslarından bizə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Eyni zamanda işğal dövründə Ermənistan bu ərazinin strateji əhəmiyyətindən istifadə edərək kəndin və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr yerləşdirmişdi. Bu mənada dövlət başçımız da bildirdi ki, kəndin azad olunması hərbi nöqteyi-nəzərdən böyük qəhrəmanlıq tələb edirdi və Azərbaycan ordusu bu şərəfli missiyanı böyük fədakarlıqla yerinə yetirdi. Təbii ki, Azərbaycanın tarixi zəfərini şərtləndirən amillər var idi. Müzəffər Ali Baş Komandan da bəyan etdi ki, bizim qələbəmiz tam idi, mütləq idi, birmənalı idi və vaxtilə “Qarabağ Ermənistandır” deyən Paşinyan bu gün deyir: “Qarabağ Azərbaycandır!”. Bu reallığı Azərbaycan öz gücü, qətiyyəti, ədaləti hesabına yaradıb. Bu gün Ermənistan hər nə qədər güc balansını dəyişməyə can atsa da, bunun nəticəsi olmayacaq. Çünki Azərbaycan postmünaqişə dövründə daha da güclənib və heç bir təzyiq, təhdid bölgədəki mövcud reallığı dəyişə bilməz.

Nigar Məmmədova,
​Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 19 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri