Icma.az
close
up
RU
Bütün Azərbaycanı ayağa qaldıran mistik hadisə FOTO

Bütün Azərbaycanı ayağa qaldıran mistik hadisə FOTO

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Keçən əsrin 70-ci illərin sonunda Bakıda qəribə və mistik bir hadisə barədə pıçıltı ilə xəbərlər yayılır. Sovet dövründə dini möcüzə xəbərləri “mistika”, “xurafat” sayılırdı və dövlət dini simvolların ictimai müzakirəsini istəmirdi. Bunu edənlər mütləq cəzalarını alırdılar. Lakin hadisə o qədər sürətlə yayılırdı ki, dinə inanmayan insanlar belə gəlib buranı ziyarət edir və bu hadisəni dünyanın sonu, yaxud Allahın möcüzəsi kimi qəbul edirdilər.

Bakupost.az xəbər verir ki, bu barədə tatixçi alim Zaur Əliyev yazıb.

O bildirib ki, Nəriman Nərimanov heykəli tərəfdə bir binanın qapısında gecələr fosfor kimi parlayan “imam” şəkli görünməsi barədə sürətlə yayılan xəbəri hərə bir cür yozmağa başlayır:

“Şayiələrə görə bəzən “imam”, “seccadədə namaz qılan kişi”, “əmmaməli siluet” kimi görünən bu rəsm Azərbaycanın bütün rayonlarından bura axının sürətlənməsinə şərait yaradır. Xüsusən gecə insanlar daha açıq şəkildə bunu görmək üçün heykəlin ətrafına yığışırdılar. Yayılan şayiələrə görə, görünən insan silueti tərpənirmiş, bəzən də qapıya yaxınlaşan kimi itir, yenidən qayıdır yerinə.

O dövrdə İranda baş verən çevriliş və hakimiyyətə dindarların gəlməsi barədə xəbərlər verilirdi və bu hadisənin Azərbaycanda zühurun əlaməti olacağını insanlar pıçıltı ilə bir-birinə danışırdılar.

Hər yerdən gələn qadınlar və kişilər burada durur, ibadət edir və hətta şam yandırıb dualar edirdilər.

Bu hadisə o qədər sürətlə ölkədə yayılır ki, Dövlət Təhlükəsizlik Komitəsinin oranı nəzarətə götürməsinə səbəb olur. Hüquq-mühafizə orqanları dəfələrlə insanları ordan dağıtsa da, kütləvi gələnlərin qarşısını almaq olmurdu.

DTK bu hadisəni ilk "görən" adamı həbs edir və görüntüsü olan qapını rəngləyir. Lakin gecələr təkrar onun peyda olması əməlli-başlı dini-mifik hadisə olaraq görülməyə başlanır.

İnsanları sakitləşdirmək üçün DTK guya binada yaşayan bir rəssam-memarın onların qarşısında çıxış etdirir ki, bu, onun əl işidir və sadəcə rəssamlıq üçün çəkilib.

Lakin insanlar ona inanmırlar. Hadisələr nəzarətdən çıxanda geniş araşdırma başlanır. Gecə milis və təhlükəsizlik xidməti işçiləri növbə ilə hadisəni izləməyə başlayırlar...

Psixologiyada “pareidoliya” adlanan hadisə — insan beyninin təsadüfi ləkələrdə tanış obraz görmə meyli barədə mütəxəssislər çıxış edir, alimlər dəvət edilir və vətəndaşlara izah edirlər ki, bunun dinlə bağlılığı yoxdur. Və nəhayət, uzun müddətdən sonra hadisənin əsl səbəbi tapılır. Müəyyən edilir ki, şəkildə görünən binada yaşayan bir şəxs (adı heç bir sənəddə qeyd edilmir) bu hadisəni düzüb qoşub. O, fosfor və digər parıldayan materiallardan qapıya siluet çəkir və lazer ilə onu gecələr işıqlandırıb insanların beynində mifik bir hadisənin formalaşmasına səbəb olur. Bu şəxsin o dövrdə Sovetlərdə olmayan lazer işıq aparatını necə əldə etməsi, onun hansı ölkəyə xidmət etməsi barədə isə heç bir məlumat verilmir. Bu hadisə barədə danışmaq qadağan edilsə də, şəhər əfsanəsi kimi yaşlı insanların xatirəsində qalıb”.


Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Noyabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri