Icma.az
close
up
RU
“Bütün bunlar maskalanmaq üçün idi”

“Bütün bunlar maskalanmaq üçün idi”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“USAID-in Azərbaycanla bağlı dedikləri, ümumiyyətlə, USAID-in dünyanın ayrı-ayrı ölkələrində etdikləri hər kəsə çox yaxşı məlumdur. Burada sirr heçnə yoxdur. Məlumdur ki, dünyada bir çox çağırışlar və problemlərin başında elə USAID dayanır. Bir tərəfdən humanitar yardımlar, tibb, təhsil sahəsində hansısa yaxşılıqlar öz aləmində edirdi. Amma bütün bunlar maskalanmaq üçün idi. Sözün həqiqi mənasında ultraqlobalistlər öz məqsədlərini bu və digər xalqlarla, dövlətlərlə bağlı edirdilər. Əlbəttə ki, onların planları hələ də var”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Zaur Məmmədov söyləyib.

Z.Məmmədov bildirib ki, Trampın atdığı addımlar o demək deyil ki, USAID-in sonu gəlib və bu təşkilat artıq ləğv ediləcək: “Təşkilat bu və ya digər formada da fəaliyyət göstərə bilər. Hazırda ABŞ-nin daxilində vətəndaş müharibəsi gedir desək, yəqin ki, yanılmarıq. Sözün həqiqi mənasında bu, orada olan təkcə ABŞ mərkəzləri deyil, ümumiyyətlə, qlobal mərkəzlər arasında ziddiyyətlərin artıq münaqişə mərhələsinə keçməsidir. Burada təkcə ultraqlobalistlərlə bu siyasətə qarşı çıxanlar deyil, eyni zamanda, biz dünyanın maliyyəsinə ağalıq edən şəxslər və mərkəzlər arasında da mübarizəni görürük”.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti də, Azərbaycan hakimiyyəti də dəfələrlə USAID-in hansı məqsədlərlə bu və ya digər ölkələrdə fəaliyyət göstərdiyini qeyd edib: “Bu günlərdə İlon Maskın və Trampın USAID ilə bağlı bəyanatları bir daha onu göstərir ki, bəli, Azərbaycan USAID-i ittiham etmirdi, söhbət həqiqətdən gedirdi. Həqiqət isə ondan ibarət idi ki, milli suverenliyə təhdid, dövlətlərin daxili işlərinə qarışmaq, xaos, qeyri-sabitlik yaratmaq onların əsas məqsədlərindən biri olaraq qalırdı. Dünyada rəngli inqilabların başında da, ayrı-ayrı qlobal çağırışların, eləcə də həm iqtisadi, həm siyasi, həm tibbi çağırışların başında da USAID kimi təşkilatlar dayanırdı”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri