Icma.az
close
up
RU
Bütün imtahanlar Dövlət İmtahan Mərkəzinə verilməlidir MİQ imtahanının pullu olmasına ETİRAZ

Bütün imtahanlar Dövlət İmtahan Mərkəzinə verilməlidir MİQ imtahanının pullu olmasına ETİRAZ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ölkə prezidentinin sərəncamı ilə təsdiq olunmuş Elm və Təhsil Nazirliyinin əsasnaməsində göstərilir ki, Elm və Təhsil Nazirliyinin vəzifələri ölkədə dövlətin elm və təhsil siyasətini həyata keçirməkdir, imtahan keçirmək deyil".

Bu fikri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin işə qəbulu (MİQ) imrtahanlarının ödənişli olacağı ilə bağlı verdiyi açıqlamadan danışarkən bildirdi.

"Biz illərdir təklif edirik ki, birmənalı şəkildə Elm və Təhsil Nazirliyinin keçirtdiyi bütün imtahanlar, o cümlədən müəllimlərin işə qəbulu, sertifikasiya, liseylərə qəbul, direktor müavinlərinin, direktorların işə qəbulu, bütün bu imtahanları imtahan işi ilə məşğul olan dövlətin Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilsin. Bu imtahanlarda nə hikmət varsa, Emin Əmrullayev o imtahan sevdasından, imtahan eşqindən ayrıla bilmir. İndi hamıya məlumdur bu imtahanlar niyə bu qədər buna şirindir. Dövlət İmtahan Mərkəzi də publik hüquqi şəxsdir. Dövlət İmtahan Mərkəzinin bunu ödənişli qaydada həyata keçirməsi tam qanuna uyğundur. Beş milyardlıq büdcəsi olan Elm və Təhsil Nazirliyinin bir də imtahanlardan əlavə gəlir götürməsi və yaxud da ödənişli imtahanlar keçirməsi, ümumiyyətlə imtahanla məşğul olması, üstəgəl də ölkənin təhsilinin bu qədər bərbad, bu qədər xaosa sürüklənməsi ürəkağrıdıcıdır. Biz çox istərdik ki, təhsillə təhsilə aid olan şəxslər məşğul olsun. Emin Əmrullayevin təhsilə hər addımı bir biznes marağıdır. Pul qazanmaq, pullu xidmətlər göstərmək və məncə elə bu müəllimlərin işə qəbulunun da ödənişli olması biznesmen marağından irəli gəlir. Təhsil İnstitutu, Elmi Tədqiqat İnstitutu, hara baxsan imtahan keçirir", - deyə o qeyd etdi.

E.Qafarovun sözlərinə görə, Elm və Təhsil Nazirliyi ölkənin elm və təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır:

"İndi də bu imtahanları ödənişli şəkildə həyata keçirmək ayıbdır. Yəni birmənalı şəkildə təhsillə məşğul olmaq lazımdır. Bütün imtahanlar Dövlət İmtahan Mərkəzinə verilməlidir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri