Icma.az
close
up
RU
Bütün maaş və pensiya alanlara ŞAD XƏBƏR Yanvarın 1dən...

Bütün maaş və pensiya alanlara ŞAD XƏBƏR Yanvarın 1dən...

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"2025-ci ilin büdcə layihələri parlamentdə müzakirələrin sonuncu etapına gəlib çatıbdır. Artıq iki oxunuşdan keçib. Üçüncü oxunuşda yaxın günlərdə baxılacaqdır. Bizim komitə sahəmizə aid olan məsələləri üçüncü oxunuşa baxdıq və Milli Məclisin plenar iclasına tövsiyə etdik. Bütövlükdə gələn il bizim büdcəmizin sosial xərcləri 41 faiz - təxminən büdcənin yarısını təşkil edəcək".

Milli.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Komitə sədri əlavə edib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində 10-15 faizlik artım var:

"Təxminən 7,7 milyard manat vəsait deməkdir. Yaxud cari ildəkindən 1,2 milyon manat çoxdur. Eyni zamanda, işsizlikdən sığorta fondunun büdcəsində də 9,5 beş faizlik bir artım var. Bu artımlar imkan verəcək ki, gələn il əmək haqlarının minimum məbləği, pensiyaların minimum məbləği və orta məbləği artsın.

Gələn il üçün nəzərdə tutulur ki, yaşa görə pensiyanın məbləği 571 manata çatacaqdır. İndikindən təxminən 50 manat artım olacaqdır və orta pensiyanın məbləği isə təxminən 535 manat olacaq. İndikindən 45 manat çoxdur.

Bəzi vətəndaşlarımız daha çox pensiya artımını hiss edəcəklər, bəziləri də nisbətən az olacaq, amma orta rəqəm təxminən 45 -50 arasında olacaqdır. Cənab prezident parlamentin yeddinci çağırışının ilk iclasındakı çıxışında da öz xalqına bəyan etdi ki, gələn ildən həm minimum əmək haqqı artırılacaq, həm də pensiyaların minimum məbləği artırılacaq .

Gələn il bütün vətəndaşlarımız öz əmək haqlarında artımı hiss edəcəklər. Əvvəlki illərin təcrübəsini nəzərə alsaq, söyləyə bilərik ki, bu artım təxminən 12-15 faiz məbləğində olacaqdır. İndiki dövrdə bizdə minimum əmək haqqı 345 manatdır. Gələn il isə bunun 400 manata çatmasını proqnozlaşdırmaq olar. Amma bu məbləğdən aşağı da ola bilər".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri