Icma.az
close
up
RU
Ekspert: Məktəbdə olan bütün məsuliyyət ditektorun üzərindədir

Ekspert: Məktəbdə olan bütün məsuliyyət ditektorun üzərindədir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

May ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə 16 may 2025-ci il tarixdən xitam verilib.

Bununla yanaşı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.

Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin olunması, idarəetmənin və tədrisin keyfiyyətinin təşkili məqsədilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə, direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Qeyd edək ki, təhsil müəssisələrində monitorinq və yoxlamalar davamlı və ardıcıl olaraq həyata keçirilir.

Həmçinin Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib.

"Əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynova və 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərlərinə çatdırılıb", - məlumatda qeyd edilib


Təhsil eksperti Cahid İmanlı Sherg.az-a bildirib ki, məktəbdə olan bütün məsuliyyət ditektorun üzərindədir:


“Təlim-tərbiyənin təşkili, öyrənmə mühitinin yaradılması- şagird müəllim, müəllim-müəllim, müəllim- valideyin münasibətlərinin mənəvi keyfiyyət və yüksək meyarlar üzərində qurulması, məktəbin akademik göatəricilərinin yüksək olması, məktəbin maliyyə məsələlərində şəffaflığın təmin edilməsi və s.  məsələlərdən direktor məsuldur. Yoxlamalar zamanı da ilk növbədə məktəbin tədris- pedaqoji, maliyyə sənədləri yoxlanılır. Çünkü direktorların qanunsuzluqları da daha çox burada üzə çıxır. Müəllimlərin adına dərs yazılması, dərs bölgüsünün düzgün aparılmaması, şagirdlərin dərsdən yayinmasına görə pul alınması, şagirdlərin qiymətlərinin pulla yazılması halları olarsa bunlar mütləq hansısa sənədləşmə işində üzə çıxarılır. Bəzən direktorların özbaşınalığı o həddə çatır ki, Nazirlik həmən məktəbə nəzərdə tutulmayan, məqsədli şəkildə yoxlama göndərir. Şikayətlər əsaslı olduqda isə qanunsuzluğun həddinə görə direktorlara töhmət verilir və ya işdən uzaqlaşdırılır”.



Təhsil eksperti Kamran Əsədov isə bildirib ki,Bakıda bir neçə məktəb direktorunun işdən çıxarılması və digərlərinə şiddətli töhmət verilməsi təhsil sahəsində nəzarət və məsuliyyət mexanizmlərinin aktivləşdirildiyini göstərsə də, bu hadisələrin təhlili geniş və çoxşaxəli yanaşma tələb edir:


“Təhsil sistemində intizam tədbirləri yalnız konkret pozuntuların cəzası kimi deyil, bütövlükdə idarəetmə modelinin effektivliyinin və şəffaflığının göstəricisi kimi qiymətləndirilməlidir. Əgər tədbirlər sistemli və obyektiv əsaslarla həyata keçirilirsə, bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Əks halda, belə tədbirlər sadəcə kampaniya xarakteri daşıyır və nəticə vermir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 38.2-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrinin rəhbərləri – yəni direktorlar – tədris proqramlarının icrasına, təhsilverənlərin fəaliyyətinə rəhbərlik edir və təhsilalanların hüquqlarına, sağlamlığına, təhlükəsizliyinə cavabdehdir. Əgər bu vəzifələrin yerinə yetirilməsində ciddi nöqsanlara yol verilərsə, həmin rəhbərlərə qarşı intizam tənbehi tədbirləri görülə bilər. Əmək Məcəlləsinin 186-cı maddəsində isə konkret olaraq göstərilir ki, əmək funksiyalarını pozan işçiyə töhmət, şiddətli töhmət və ya əmək müqaviləsinə xitam verilməsi kimi tədbirlər tətbiq edilə bilər. Son aylar ərzində Bakı şəhərində keçirilən yoxlamalar nəticəsində 4 məktəbin direktoru ilə bağlı qərar qəbul olunub: ikisi vəzifədən azad edilib, ikisinə isə şiddətli töhmət verilib. Bu tədbirlərin hansı hallara əsaslandığı ictimaiyyətə açıq şəkildə bildirilməsə də, ümumilikdə bu addımların əsas səbəbləri kimi maliyyə intizamının pozulması, qanunsuz pul yığımı, dərs bölgüsündə sui-istifadə halları və valideyn şikayətləri qeyd olunur. Bu isə göstərir ki, direktorların fəaliyyətinə nəzarət hələ də epizodik və reaksiyavidir, yəni şikayət və ya konkret hadisə olduqda yoxlama başlayır. Halbuki bu proses daimi, sistemli və qabaqlayıcı xarakter daşımalıdır.

Müsbət tərəfi ondan ibarətdir ki, bu cür tədbirlər ictimaiyyətə məktəb idarəetməsinin məsuliyyət daşıdığı mesajını verir. Əgər bu tədbirlər davamlı xarakter alarsa, direktorlar arasında məsuliyyət hissi artır, tədris prosesində şəffaflıq güclənir, məktəblər isə təkcə təhsil deyil, həm də idarəetmə baxımından nümunəyə çevrilə bilər. Lakin mənfi tərəf ondan ibarətdir ki, bu cəza tədbirləri çox zaman təhsil sistemindəki struktur problemləri nəzərə almadan fərdi məsuliyyəti ön plana çəkir. Direktordan mükəmməl idarəetmə tələb olunur, amma ona maliyyə muxtariyyəti, kadr seçimi, resurs planlaması və strateji qərarvermə hüquqları verilmir. Bu isə balanssız məsuliyyət yaradır”.


Ekspertin sözlərinə görə dünya təcrübəsində məktəb rəhbərlərinin fəaliyyətinə nəzarət sistemli və çoxmeyarlı şəkildə həyata keçirilir:

“Məsələn, Finlandiyada məktəb rəhbəri tədris nəticələri, şagirdin rifahı, müəllim heyətinin inkişafı və məktəbin ictimai dəyərləndirilməsi üzrə qiymətləndirilir. Böyük Britaniyada Ofsted adlı müstəqil qurum tərəfindən aparılan yoxlamalarda məktəbin hərtərəfli performansı qiymətləndirilir və nəticələr ictimaiyyətə təqdim olunur. Bu ölkələrdə yoxlamalar təkcə sənədlərə deyil, məktəbdəki real vəziyyətə, təhsil mühitinə, sosial münasibətlərə əsaslanır. Rəhbərə qarşı tədbir görülmədən əvvəl ona dəstək, mentorluq və inkişaf planı təklif edilir. Əgər bu dəstəyə baxmayaraq problemlər qalırsa, o zaman cəza tədbirləri tətbiq edilir. Azərbaycan təhsil sistemində bu elementlər hələ tam formalaşmayıb. Yoxlamalar çox zaman sənəd üzərində aparılır, real sinif şəraiti, müəllim və şagird münasibətləri, pedaqoji mühit nəzərə alınmır. Təəssüf ki, bəzi hallarda intizam tədbirləri həm də şəxsi münasibətlər və ya inzibati nüfuz savaşı nəticəsində tətbiq oluna bilir. Bu isə təhsil ictimaiyyətində narazılıq yaradır və inamı azaldır. Əgər bu sistem davamlı olaraq təkmilləşdirilsə, direktorların fəaliyyətinə dair ölçüləbilən, obyektiv və şəffaf göstəricilər formalaşdırılsa, onların mütəmadi qiymətləndirilməsi təmin edilsə və eyni zamanda dəstək mexanizmləri gücləndirilsə, bu, məktəb idarəetməsində keyfiyyətə ciddi təsir göstərəcək. Bu zaman məktəb yalnız təhsil alan yer deyil, həm də sosial inkişaf, şəffaf idarəetmə və ictimai dəyərlərin ötürüldüyü nümunəvi struktur olacaq. Nəticə etibarilə, direktor və müəllimlərə qarşı intizam tədbirləri yalnız nəticə deyil, həm də səbəblərlə birgə qiymətləndirilməlidir. Əgər məqsəd cəza vermək yox, təhsilin keyfiyyətini artırmaqdırsa, bu tədbirlər kompleks islahatın bir hissəsi kimi aparılmalıdır. Əks halda, hər il bir neçə direktorun işdən çıxarılması təhsildə keyfiyyəti artırmayacaq, sadəcə statistik rəqəm kimi qalacaq. Təhsildə real dəyişiklik ancaq idarəetmə mədəniyyəti, məsuliyyət bölgüsü və sistemli nəzarət vasitəsilə mümkündür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see982

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see453

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see355

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see274

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see263

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see262

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see253

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see241

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see231

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see211

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see205

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see198

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see196

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see195

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see194

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see191

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see188

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see184

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri