Bütün ölkə yağış duası oxuyacaq Xalqa çağırış etdilər
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq.
“Qafqazinfo” xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb.
Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb.
Ölkə miqyasında gerçəkləşdiriləcək yağış duaları yerli vaxtla saat 05:59-da məscidlərdə oxunacaq. Müsəlmanlar bu ibadətdə iştirak etməyə, tövbə etməyə və ehtiyacı olanlara sədəqə verməyə dəvət olunublar.
İştirakçılara sadə geyimlərə üstünlük vermələri və təvazökarlıqla ibadət etmələri tövsiyə edilib.
Qeyd edək ki, İslam ənənəsində quraqlıq zamanı yağış diləmək məqsədilə yerinə yetirilən İstiska duası Allahın rəhmətini diləmək üçün kollektiv şəkildə icra olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Noyabr 2026 06:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















