12 yaşlı uşaq qızıl külçəsi tapdı
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib.
"Bakupost" xəbər verir ki, Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkən sarımtıl rəngli, ağır bir daş tapıb. O, daşı evə apararaq atası Con Ridə göstərib. Lakin ailə daşın qızıl olduğunu anlamayıb.
1802-ci ildə Con Rid daşı zərgərə göstərib. Qızıl olduğu müəyyən edilən külçəni Rid cəmi 3,50 dollara satıb. Bu məbləğ həmin dövrdə bir fermerin təxminən bir həftəlik qazancına bərabər olub.
Sonradan Rid ərazisində qızıl axtarışlarına başlayıb. 1804-cü ildə mədəndə çalışan Peter adlı kölə uşaq təxminən 12,7 kiloqram ağırlığında başqa bir qızıl külçə tapıb. Bu kəşflər Şimali Karolinada qızıl hasilatının genişlənməsinə səbəb olub.
Rid qızıl mədəni 1966-cı ildə Milli Tarixi Abidə statusu alıb, 1977-ci ildə isə ziyarətçilərin üzünə açılıb. Bu gün turistlər tarixi mədəni gəzə, qızıl axtarışı üsulları ilə tanış ola və Konrad Ridin qızılı tapdığı dərənin ətrafını görə bilirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 Noyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















