İsraildə hökuməti kimin formalaşdıracağı sabah bəlli olacaq
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsraildə hökuməti formalaşdırmaq üçün ilk mandatı kimin alacağı bazar günü bəlli olacaq.
Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, İsrail parlamentindəki (Knesset) seçkilərdən sonra nə Baş nazir Benyamin Netanyahu, nə də onun əsas rəqibi, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkot hökuməti formalaşdırmaq üçün zəruri parlament çoxluğunu əldə edə bilib.
Noyabrın 6-da başa çatan siyasi partiya rəhbərlərinin Prezident İsxak Hersoqla məsləhətləşmələri zamanı 120 deputatdan 67-si Qadi Eyzenkotun, 46-sı isə Benyamin Netanyahunun hökuməti formalaşdırmaq üçün ilk mandatı almasını dəstəkləyib.
Prezident İshaq Hersoq isə qərarını noyabrın 8-də açıqlayacağını bildirib.
Məlumata görə, Eyzenkotun namizədliyinin dəstəklənməsində ərəb partiyalarının mövqeyi də mühüm rol oynayıb. Belə ki, həmin partiyaların 19 deputatının dəstəyi onun lehinə formalaşan səs çoxluğuna töhfə verib. Bununla belə, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi ərəb partiyaları ilə rəsmi koalisiya hökuməti qurmaq niyyətində olmadığını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 07 Noyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















