Icma.az
close
up
RU
Bütün otaqlardan döyülən dustaqların ürək parçalayan bağırtı və hıçqırıqları eşidilirdi...”

Bütün otaqlardan döyülən dustaqların ürək parçalayan bağırtı və hıçqırıqları eşidilirdi...”

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Belə bir hadisəni xatırlayıram ki, XI şöbənin müstəntiqi tərəfindən döyülən dustaq işgəncələrə dözməyərək ölmüşdü...”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

“İstintaq materiallarından...

(Əvvəli burada: )

Şahid Jeltenkova Yevdokiya Alekseyevnanın dediklərindən: 

“Belə demək doğru olar ki, XI şöbənin bütün müstəntiqləri dustaqları döyürdülər. Onları xüsusilə axşamlar və gecə vaxtı daha çox döyürdülər, bütün otaqlardan döyülənlərin ürək parçalayan bağırtı və hıçqırıqları eşidilirdi. 

XI şöbənin müdiri Xoren Qriqoryan idi... Dustaqlar döyülən zaman bizim - texniki işçilərin otaqlara daxil olmasına icazə verilmirdi  Bir dəfə deyəsən, 1938-ci ilin yayında 2-ci şöbənin rəisi Kudin məni otağına çağırdı. Mən onun otağına daxil olarkən əməliyyat müvəkkili Kryuçenkov və Bakı partiya komitəsinin keşmiş işçisi, dustaq Mirqədirova da orada idi. Kudin Mirqədirovaya divana uzanmağı əmr etdi, mənə isə işarə etdi ki, onun paltarını qaldırım. Bundan sonra Kudin onun kürəklərinə, sarğılarına rezin dəyənəklə vurmağa başladı. Elə ilk zərbədən sonra Mirqədirovanın kürəyində və sarğılarında qançırlar, yaralar əmələ gəldi. Mirqədirova çığırır və ağlayırdı. Kudin isə əl saxlamırdı. 10-15 dəqiqədə dayanmadan döyüləndən sonra Mirqədirova huşunu itirdi. Onun üzünə su çiləyib özünə gətirdilər. Kudin onu yenidən döyməyə başladı... 

Sual: 

-Kudinin işi ilə bağlı Kryuçenkov 1939-cu ildə istintaq zamanı verdiyi ifadədə göstərirdi ki, Mirqədirova döyülən zaman onun əllərini tutan, dəsmalı ağzına tıxayan siz olmusunuz. 

Cavab: 

-Əgər Kryuçenkov hələ 1939-cu ildə belə deyibsə, deməli elə də olub. Ancaq şəxsən mən bu detalı xatırlamıram. Mirqədirova döyülən zaman otaqda olduğum yaxşı yadımdadır, ancaq onun ağzını dəsmalla tıxayıb əllərini tutmağım yadıma gəlmir... 

Dustaqları döymək üçün Kudinin xüsusi rezin dəyənəyi və bambuk ağacından çubuğu var idi. Mən belə hadisəni xatırlayıram ki, XI şöbənin müstəntiqi tərəfindən döyülən dustaq işgəncələrə dözməyərək ölmüşdü. Həmin dustağın familiyası yadımda deyil, onu bilirəm ki, Xəzər gəmiciliyi idarəsinin işçisi idi…”

(Davamı var)

Təqdim etdi:

Sultan Laçı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Yanvar 2025 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri