Icma.az
close
up
RU
Berranın ürək parçalayan ölümü: Görüntülər üzə çıxdı

Berranın ürək parçalayan ölümü: Görüntülər üzə çıxdı

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bursada uşaq bağçasında hovuz məşğələsi zamanı həyatını itirən Berranı boğulma təhlükəsi ilə üz-üzə qaldığı anların kamera görüntüləri ortaya çıxıb.

Araşdırma davam edərkən, kiçik qızın ailəsi, “qızlarının səkkiz ay əvvəl də məktəbdə epilepsiya keçirdiyi” iddiasını rədd edib.


Sherg.az xəbər verir ki, 12 avqust günü Süleymaniyyə məhəlləsindəki özəl uşaq bağçasında, saat 13:30 radələrində hovuz məşğələsi zamanı Berra epilepsiya tutması keçirib.

Suyun üzərində hərəkətsiz qalan uşağı stajçı tələbə M.P. görüb, üzgüçülük müəllimi N.T. isə hovuzdan çıxarıb. İlk tibbi yardım iş yeri tibb bacısı B.A. tərəfindən göstərilib. Ardınca çağırılan təcili tibbi yardım Berranı İnegöl dövlət xəstəxanasına aparıb.

Daha sonra tənəffüs problemi səbəbindən Bursa Yüksək İxtisas Tədris və Araşdırma xəstəxanasına köçürülən Berra, reanimasiya şöbəsində yeddi gün davam edən müalicəyə baxmayaraq həyatını itirib.

Meyit müayinəsindən sonra cənazəsi İnegöldəki İsaören qəbiristanlığında dəfn edilən Berranı ölüm səbəbi ilə bağlı İnegöl Respublika Prokurorluğu istintaq başladıb.


12 səhifəlik ekspertiza hesabatında, Berra məktəbə qəbul edilərkən ailəsinə doldurulan sorğu forması yer alıb. Burada “Kronik xəstəliyi varmı?” sualına “Xeyr”, “Daim istifadə etdiyi dərman varmı?” sualına isə “Var” cavabı yazılıb. “Uşaq vaxtı xəstəlik keçiribmi?” sualına isə “İki dəfə qızdırma ilə bağlı tutma keçirib” cavabı verilib.

Çıxarılan nəticələrə görə, Berraya 2023-cü ildə keçirdiyi qızdırmalı tutmalar səbəbindən müalicə başlanıb, lakin iki il ərzində nöbet keçirmədiyi üçün dərman istifadəsi və nevroloji nəzarət dayandırılıb.

Ekspertiza hesabatında bağça rəhbərliyinin yalnız valideynlərin məlumatları ilə kifayətləndiyi, dərman istifadəsini araşdırmadığı bildirilib. Həmçinin hovuzun dərinliyinin normadan (50 sm) artıq - 74 sm olduğu və hovuzda sertifikatlı xilasedici olmadığı qeyd edilib.

Hesabatda bağça sahibəsi E.B.O. səhvli sayılıb. Üzgüçülük müəllimi N.T. isə uşaqların yanında hovuzda olmaması və təhlükəsizlik tədbirləri almaması səbəbindən qismən məsuliyyətli sayılıb. Sinif müəllimi N.Ş. günahsız hesab edilib.

Valideynlər isə əsas məsuliyyətli göstərilib - səbəb olaraq qızlarının sağlamlıq vəziyyəti barədə dəqiq məlumat verməmələri göstərilib.

Hadisə anına aid təhlükəsizlik kamerası görüntülərində, müəllimlərin hovuzun kənarında olduğu, Berranı isə havluların arxasında olduğu üçün görə bilmədikləri əks olunub. Uşağın suda çətinlik yaşadığını stajçı tələbə görüb, üzgüçülük müəllimi isə dərhal müdaxilə edib.

Görüntülərdə panik anları, müəllimlərdən birinin yıxılması, tibb bacısının tələsik hovuz kənarına gəlməsi yer alıb. Digər uşaqlar isə hadisə zamanı hovuzdan çıxarılmayıb və üzməyə davam ediblər.


Ekspertiza hesabatında əsas məsul kimi göstərilən ata İsmail Dizi, açıqlamasında rəyi qəbul etmədiyini deyib:

“Orada üzgüçülük müəllimi olmayan, sertifikatı və icazəsi olmayan şəxs üçün ‘qismən məsul’ deyildi. Halbuki ən böyük günah onundur. Həmçinin bu məktəb qurulduğu gündən bəri yoxlanmayıb.”

O, ekspertiza heyətində həkim olmamasını tənqid edib və qərarın yanlış olduğunu bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri