Icma.az
close
up
RU
Bütün şagirdlər dərsliklə təmin olunub? Nazirlikdən AÇIQLAMA

Bütün şagirdlər dərsliklə təmin olunub? Nazirlikdən AÇIQLAMA

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni tədris ili artıq yaxınlaşır və məktəblərdə şagirdlərin dərs ili üçün hazırlıqları sürətlənib. Artıq bütün orta təhsil müəssisələrində şagirdlərə fənn dərslikləri paylanıb.

Maraqlıdır, bütün şagirdlər lazımi dərsliklə təmin olunubmu və bu il nə qədər yeni dərslik çap olunub? 

News24.az bu suallara aydınlıq gətirmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. 

Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrinə dərsliklər tədris ilinin başlanmasına 3-5 ay əvvəldən məktəblərin təqdim etdiyi tələbata əsasən paylanır: 

"Məktəblərin dərslik tələbatı formalaşdırılarkən yeni tədris ilinə olan şagird sayı, həmçinin də məktəbin kitabxana fondunda olan dərsliklərin sayı da nəzərə alınır. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində şagirdlərə hansısa dərsliyin çatmaması ehtimalı yoxdur. Yeni tədris ilinin əvvəlində şagird yerdəyişməsi nəticəsində hansısa məktəbdə şagird sayı artığına görə orada dərslik çatışmazlığı olsa belə, bu məsələ tezliklə ərazidə fəaliyyət göstərən digər məktəblərin kitabxanalarında olan artıq dərsliklər, yaxud regional idarələrə verilən dərslik ehtiyatı hesabına həllini tapır".

Məlumatda qeyd edilib ki, 2025-2026-cı tədris ili üçün ümumi təhsil pilləsi üzrə 49 adda dərslik üzrə məzmun təkmilləşdirilməsi və ya yenilənməsi həyata keçirilib:

 "Həmin dərsliklər IX və XI siniflər istisna olmaqla, digər siniflər üzrə müxtəlif fənləri əhatə edir. Belə ki, yeni tədris ilində “Rus dili 2”, “Alman dili 2”, “Azərbaycan dili 6”, “Riyaziyyat 6”, “Azərbaycan tarixi 6”, “Coğrafiya 7”, “Fizika 8”, “Biologiya 8” və s. dərsliklər hazırlanıb".

"Yeni dərsliklər qabaqcıl təhsil institutlarının tətbiq etdikləri müasir öyrətmə üsullarından da istifadə edilməklə hazırlanıb. Həmin dərsliklərdə müasir yanaşmalardan və yeni pedaqoji texnologiyalardan geniş istifadə edilir. Yeni dərsliklər şagirdlərdə əlavə nəzəri biliklərin əvəzinə, yaş xüsusiyyətlərinə uyğun zəruri bilik və bacarıqların formalaşdırılmasını hədəflənib", - deyə məlumatda qeyd edilib.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri