Icma.az
close
up
RU
Bütün şagirdlər vahid məktəbli forması geyinməlidir Hamlet İsaxanlıdan Şərq ə AÇIQLAMA

Bütün şagirdlər vahid məktəbli forması geyinməlidir Hamlet İsaxanlıdan Şərq ə AÇIQLAMA

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Universitetlərdə isə tələbələrin, o cümlədən hicablı qadınların təhsil almasına maneə yaradılmır"

Nazirlər Kabinetinin vahid geyim qaydalarının tətbiqi ilə bağlı qərarı cəmiyyətdə geniş müzakirələrə səbəb olsa da, bu addım ölkənin qanunvericiliyi və dünyəvi dövlət prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, bir neçə gündür "hicab qadağası" adı altında müəyyən təxribat cəhdləri təşkil edilir.

Bəziləri bunun fərdi seçim olduğunu, digərləri isə təhsil ocaqlarında vahid nizam-intizamın qorunmasının vacibliyini vurğulayır. 

 Ölkənin qanunları və hüquqi-normativ aktları baxımından isə təhsil müəssisələrində vahid geyim qaydalarına riayət olunmasının və dövlət prinsiplərinin qorunmasının vacibliyi ön plana çəkilir.

 Qeyd edilir ki, təhsil müəssisələrində vahid geyim formasının qorunması həm nizam-intizamın, həm də şagirdlər arasında sosial bərabərliyin təmin olunması üçün vacibdir.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Sherg.az-a açıqlamasında məktəbli formalarının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarını şərh edib.

O bildirib ki, məktəb yaşlı uşaqlar hələ müstəqil qərar vermək yaşına çatmayıblar və bu məsələdə valideynlərinin təsiri altında olurlar. H. İsaxanlının sözlərinə görə, Azərbaycanda dini etiqad azadlığı mövcuddur, lakin bu azadlıq məktəblərdə vahid geyim qaydalarının pozulmasına əsas verməməlidir: "Şagirdlərin dini mənsubiyyətlərinə uyğun fərqli geyimlərlə məktəbə gəlməsi sinif daxilində dini fərqliliklərin ön plana çıxmasına və ayrı-seçkiliyə səbəb ola bilər. Əgər sinifdə bir uşaq hicabla, digəri yəhudi papağı ilə, başqa bir şagird isə boynundan iri xaç asaraq otursa, bu, dini fərqliliklərin qabardılmasına gətirib çıxara bilər. Bu, doğru yanaşma deyil”.

Professor fikrini əsaslandırarkən hərbi xidmət nümunəsini də çəkib: "Necə ki, orduda xidmət edən hər kəs, cinsindən asılı olmayaraq, müəyyən edilmiş hərbi geyim qaydalarına əməl etməlidir. O cür də məktəblərdə vahid geyim prinsipinə riayət olunmalıdır.

Siz indi təsəvvür edin ki, orduya gedən adam deyir ki, mənim dini inancıma görə əsgər paltarı geyinmək istəmirəm, mən başqa cür paltar geyinəcəm. Olmaz! Bu baxımdan məktəb də eyni prinsip əsasında fəaliyyət göstərməlidir. Bütün şagirdlər vahid məktəbli forması geyinməli və müəyyən edilmiş geyim qaydalarına əməl etməlidirlər".

Hamlet İsaxanlı qeyd edib ki, ali təhsil müəssisələrində isə bu məsələyə münasibət fərqlidir. Onun sözlərinə görə, universitetlərdə tələbələrin, o cümlədən hicablı qadınların təhsil almasına maneə yaradılmır. Universitetdə hicablı tələbələr var və heç kim onlara bu baxımdan irad tutmur. Çünki onlar artıq tələbədirlər və artıq öz dini baxışlarını və seçimlərini müstəqil şəkildə müəyyənləşdirmək yaşındadırlar. Mənim fikrim bundan ibarətdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Oktyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri