Icma.az
close
up
RU
Şagirdlər dərsi telefondan öyrənəcək? Nazirlikdən CAVAB

Şagirdlər dərsi telefondan öyrənəcək? Nazirlikdən CAVAB

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda orta məktəb dərsliklərinin kağız formatdan mərhələli şəkildə imtina edilərək rəqəmsal formata keçirilməsi məsələsi yenidən gündəmə gəlib. Təhsil sahəsində texnoloji yeniliklərin tətbiqi fonunda bu addım həm şagirdlərin dərs yükünün azaldılması, həm də tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması baxımından aktual hesab olunur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin iclasında çıxış edərək bildirib ki, orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması ilə bağlı Elm və Təhsil Nazirliyi artıq müəyyən işlər görür.
Deputatın sözlərinə görə, bu təşəbbüs təhsildə keyfiyyətin artırılmasına və resurslardan daha səmərəli istifadəyə xidmət edə bilər.
Lakin sual yaranır: doğrudanmı dərsliklərin rəqəmsallaşdırılması prosesi gedir və bu işlər hazırda hansı mərhələdədir?
Mövzu ilə bağlı aydınlıq gətirmək üçün Sfera.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil pilləsi üzrə hazırlanan dərsliklərin rəqəmsallaşdırılması təşəbbüsünə 2014-cü ildən etibarən mərhələli şəkildə başlanılıb.
Məlumatda qeyd olunub ki, hazırda ümumi təhsilin bütün səviyyələri üzrə dərsliklərin rəqəmsal nüsxələri www.e-derslik.edu.az portalında mövcuddur:
“Əlavə olaraq, sözügedən dərsliklərin elektron nüsxələri www.trims.edu.az saytında da yer alır. Həmin dərsliklərə istənilən vaxt onlayn baxmaq, eləcə də onları elektron cihazlara yükləyərək oflayn rejimdə istifadə etmək mümkündür. Bununla yanaşı, müvafiq fənlər üzrə dərsliklər multimedia elementləri (audio fayllar, video materiallar və s.) ilə də zənginləşdirilib və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir”.
Bildirilib ki, hazırda www.e-derslik.edu.az saytında 300-dən çox elektron dərslik və www.trims.edu.az saytında isə 800-dən çox dərslik və dərsliklə komplekt təşkil edən müəllim üçün metodik vəsait istifadə üçün açıqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Yanvar 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri