Icma.az
close
up
RU
Bütün Türkiyə bu hadisədən danışır Bir ailə məhv oldu

Bütün Türkiyə bu hadisədən danışır Bir ailə məhv oldu

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İstanbulun Fatih bölgəsində baş verən zəhərlənmə faciəsində ölənlərin sayı 4-ə çatıb.

Modern.az xəbər verir ki, Almaniyadan Türkiyəyə səfər edən Böcek ailəsinin daha bir üzvü, ailə başçısı Servet Böcek müalicə olunduğu xəstəxanada vəfat edib.

Bundan əvvəl onun həyat yoldaşı və iki azyaşlı övladı da həyatını itirmişdi.

Hadisə noyabrın 9-da Almaniyadan İstanbula gələn Servet və Çiğdem Böcek, həmçinin onların 2 uşağı Kadir Muhammet və Masalın qaldıqları oteldə səhhətlərinin pisləşməsi ilə başlayıb.

Ailə üzvləri noyabrın 12-də qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq uşaqların həyatını xilas etmək mümkün olmayıb. Ana isə 14 noyabrda dünyasını dəyişib.

Polisin araşdırmasına görə, ailə noyabrın 11-də Ortaköydə midyə, daha sonra isə bir restoranda yemək yeyib. Məhz həmin gün bütün ailə üzvlərində güclü ürəkbulanma və qusma şikayətləri başlayıb.

Müalicədən sonra evə buraxılsalar da, vəziyyətin ağırlaşması onların ölümünə səbəb olub.

Hadisədən sonra ailənin qaldığı oteldə aparılan araşdırma zamanı eyni mərtəbədə qalan 2 turist də oxşar simptomlarla xəstəxanaya aparılıb. Üçüncü şəxs isə ürək ritmi zəif olduğu üçün müşahidə altına alınıb.

Polis təhlükəsizlik tədbiri olaraq oteli tam boşaldıb, qonaqları müxtəlif otellərə yerləşdirib.

Zəhərlənmə ilə bağlı genişmiqyaslı istintaq başlayıb. Hazırda ümumilikdə 11 nəfər saxlanılıb. Onların arasında otel sahibi, lokum (şirniyyat) dükanı sahibi, kokoreç satıcısı, midyə satan şəxs, kafe sahibi və oteli dezinfeksiya edən şirkətin nümayəndələri yer alır.

Saxlanılanlardan dördü bu gün Çağlayan məhkəməsinə göndərilib. Digər 7 nəfər barəsində polis idarəsində əməliyyat tədbirləri davam etdirilir.

Hadisə Türkiyədə geniş rezonans doğurub və zəhərlənmənin dəqiq səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri