Icma.az
close
up
RU
Bütün xəstəlikləri sağaldan GİZLİ ELM: Milyonçular dərmandan niyə imtina edirlər?

Bütün xəstəlikləri sağaldan GİZLİ ELM: Milyonçular dərmandan niyə imtina edirlər?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Son illər dünyanın ən çox inkişaf etmiş ölkələri dərman istehsalına görə liderliyi ələ alıblar.

Lakin elə həmin dövlətlərin ali zümrəsinə mənsub olan ailələr bu dərmanlardan istifadə etmirlər. Əvəzində təbii müalicə üsullarına müraciət edirlər. Bu siyahıya liderliyi isə Ayurveda edir.

Ayurvedanın elm kimi nə vaxtdan mövcud olduğu bəlli deyil. Lakin bu əsrarəngiz sahə hələ də Hindistan, Nepal, İndoneziya kimi ölkələrdə tətbiq olunur. Son dövrlərdə Ayurvedanın tərəfdarları arasında digər xalqların nümayəndələri də sürətlə artır. Bəs bu cərəyanın sirləri nədir?

Publikaz.az xəbər verir ki, Ayurvedanın əsasını sadəlik və təbiilik təşkil edir. Bu sahə hansı ölkədə yaşamağınızdan asılı olmayaraq, hər kəs üçün əlçatandır. Bəs ən uzun ömürlü planet sakinləri sayılan buddistlərin, induistlərin, caynların, eləcə də siqhlərin həyat tərzinə çevrilən Ayurveda elmi nədir?

Bu söz sanskritcədən tərcümədə həyat və ya uzunömürlülük elmi kimi tərcümə olunur. Lakin bu yalnız elm deyil, həm də fəlsəfi cərəyan, müalicə sistemi, bir sözlə, həyat tərzidir. Dünyanın ən güclüsü sayılan Çin və Tibet müalicə üsullarının da qaynağını Ayurveda təşkil edir. Bəzi mənbələrə əsaslansaq, bu fəlsəfi cərəyanın 5000 ildən çox yaşı var.

Ayurvedanın köməyilə hər hansı çətin diaqnostikaya gərək qalmadan, xəstəliyi müəyyən edib, sağaltmaq mümkündür. Lakin bu üsulun başlıca məqsədi profilaktikadır. Ayurveda qəlbin və bədənin harmoniyasına nail olaraq, sağlamlığı qorumaq, həmçinin ətraf aləmlə xoş ünsiyyət qurmaq incəsənətidir. Həmçinin bu elm insanın qarşısına heç bir məcburiyyət qoymadan, sağlamlığa qovuşmağa səsləyir.

Ayurveda hər bir xəstəliyin səbəbini mənəvi gərginlikdə görür. Yorğun ruh, xəstə bədən deməkdir.

Ayurveda elminin təcrübi bilikləri 8 traktatda öz əksini tapır.

Kaumara Britya - pediatriya

Bu traktat hamiləlik dövründən tutmuş, həddi buluğa çatan uşaqların tərbiyəsinə aid bütün məlumatları özündə cəmləşdirib. Hətta ananın südvermə mərhələsi, bu zaman yaranan problemlər, irsi xəstəliklərlə mübarizə, eləcə də uşağın düzgün tərbiyəsi Kaumara-Brityanın qarşısına qoyduğu əsas hədəflərdir.

Kayya Çikitsa - “Kayya” sözü "bütün bədən" deməkdir. Bu sahədə vücudun konkret orqanı ilə əlaqədar olmayan xəstəliklər müayinə edilir. Bura şəkərli diabet kimi xəstəliklər daxildir.

Aqada Tantra - bu sahə isə zəhərin qandan xaric edilməsini öyrənir. Həmçinin zəhərli heyvan və həşəratların sancması zamanı orqanizmin vaxtında təmizlənməsini həyata keçirir.

Şalakya Tnatra - Bu səmt isə göz xəstəlikləri və onunla mübarizəyə aid edilir.

Bxutavidya - Ayurvedanın ən sehirli qolu olan bu səmt caduya, bədənin və ruhun şər qüvvələrdən təmizlənməsinə həsr olunub. Psixoterapiyada geniş istifadə olunan hipnozun mənbəyi Bxutavidya sayılır.

Şalya Tantra - Cərrahiyə və mamaçalıq haqda bilgilərin cəmidir.

Vacikarana Tantra - sonsuzluq kimi çətin xəstəliklərin əlacını təklif edir.

Rasayana Tantra - uzunömürlülüyün sirlərini cəmləşdirən elmdir.

Bütün bu traktatlarda xüsusi həkimlərin qəbuluna getmək, onlardan çarə gözləmək kimi şərtlər yoxdur. İnsanın taleyi də, sağlamlığı da öz əlindədir. O, ruhunu da, bədənini də hamıdan yaxşı tanıyır və həyatını yalnız özü müsbət yöndə dəyişə bilər. Bəs sağlamlığımızı qorumaq üçün nə etməliyik?

Ayurvedaya görə, dünyadakı bütün canlılar 5 ünsürdən ibarətdir. Bunlar aşağıdakılardır:

Cala - su. Bədəndəki mayeni idarə edir.

Pritxvi - yer. (sümük, diş, qığırdaqlar)

Akaşa - efir. (daxili orqanlar)

Aqni - alov. Bura daxili orqanların fəaliyyətini təmin edən prosseslər daxildir. Məsələn, qidanın həzmi üçün gərəkli olan fermentlər.

Vayya - hava insanın fəallığına və ümumi vəziyyətinə təsir edir.

Ayurveda hesab edir ki, bütün bu ünsürlər insan orqanizmində müəyyən miqdardadır. Onların birinin miqdarının azlığı və ya çoxluğu ciddi xəstəliklərə səbəb ola bilər.

Ayurveda metodu ilə çalışan həkimlərin əsas müayinə üsulları bunlardır:

- Nəbzin yoxlanılması

- Nəcisin və sidiyin yoxlanılması

- Səsin və digər səslərin təyini

- Dil üzərindəki xətlərin və rəngin yoxlanışı

- İnsan haqda ümumi təəssürat

- Gözün yoxlanılması

Bütün bu mayinə növləri ilk baxışdan çətin görünməsə də, öhdəsindən yalnız peşəkar təbiblər gələ bilər.

Ayurveda satışda olan bütün dərmanlardan, kimyəvi tərkibli həblərdən imtina edib, təbiətin bizə bəxş etdiyi təbii bitkilər, otlar, minerallarla müalicə sistemidir. Bundan əlavə Ayurveda xəstələrə xüsusi massajlar, yoqa da təklif edir. Ən başlıca şərtlərdən biri də sağlamlığı qoruyub, çox yaşamaq üçün düzgün qidalanmaqdır. Çünki bir çox qida növləri orqanizmi möhkəmləndirdiyi halda, digərləri tədricən sıradan çıxardır, müxtəlif xəstəliklərə səbəb olur.

Ayurvedanın sağalda bilməyəcəyi heç bir xəstəlik yoxdur. Günümüzün ən ağır bəlaları sayılan xərçəng, şəkərli diabed, diareya, sonsuzluq və s. xəstəlikləri Ayurveda kökündən sağalda bilir, bir şərtlə ki, vaxtında müraciət olunsun. Hətta deyilənə görə, məşhur rus müğənnisi Janna Friske tibbi müayinələrdən sonra, Ayurvedaya üz tutub, lakin təbiblər vücud kimyəvi maddələrlə dolduğu üçün onu müayinə etməyin heç bir faydası olmayacağını bildiriblər.

Ayurveda istənilən halda sinir sisteminin tarazlığını qorumağı və ədviyyatlardan, təbii otlardan çox istifadə etməyi tövsiyə edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri