Buxarestdə imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq Sazişinə düzəliş Protokolu təsdiqlənib FƏRMAN
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"ə düzəliş Protokolu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Milli.Az xəbər verir ki, fərmana əsasən, 2024-cü il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"ə düzəliş Protokolu" təsdiq edilir.
Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinə bildirişin göndərilməsi tapşırılıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 09 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















