Icma.az
close
up
RU
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib

Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Əksəriyyət hesab edir ki, Trampın Qrenlandiya istəyi təsadüfi siyasi ritorika deyil. ABŞ Prezidenti "America First" doktrinasını həyata keçirmək üçün ənənəvi diplomatik çərçivələrdən kənara çıxmağa da hazırdır.

Qrenlandiya məsələsinin bu il də dünya gündəminin əsas mövzularından biri olacağı şəksizdir. ABŞ Prezidenti Donald Trampın ard-arda səslənən bəyanatları bu qənaəti gücləndirir. O, yeni ilin ilk günlərində növbəti dəfə bəyan edib ki, ABŞ-nin Qrenlandiyaya nəzarət etməsinə ehtiyac var. Ardınca da adanın "Rusiya və Çin gəmiləri" ilə əhatə olunduğunu qeyd edib. Trampın bu bəyanatından sonra "Politico" nəşri öz mənbələrinə istinadən yazıb ki, ABŞ 2026-cı ilin əvvəlində Qrenlandiyaya nəzarəti ələ keçirə bilər. Bəziləri isə Vaşinqtonun qarşıdakı aylarda siyasi cəhətdən əlverişli bir məqamdan istifadə etməyə çalışacağını iddia edirlər. Bildirilib ki, bu, ABŞ-nin ara seçkiləri və 4 iyulda qeyd olunacaq müstəqilliyinin 250 illiyi ərəfəsində baş verə bilər. Bu istəyin Venesueladakı kimi hərbi əməliyyat deyil, genişmiqyaslı siyasi təsir kampaniyası ilə həll olunacağı iddia edilir. Ümumiyyətlə, ABŞ-nin Qrenlandiya ilə bağlı niyyətlərinin real və ciddi olduğu vurğulanır.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Özünüidarəetmə qorunur, müdafiə Vaşinqtona həvalə edilir

"The Economist"in məlumatına görə, Tramp administrasiyası Qrenlandiyada əhalinin həyat səviyyəsini yaxşılaşdıra biləcək müqavilə layihəsi üzərində işləyir. Məlumata görə, ABŞ rəsmiləri ada sakinlərinə Mikroneziya, Marşal adaları və Palau kimi kiçik ölkələrdə tətbiq edilən Azad Birlik Sazişi təklif edəcəklər. Belə müqavilələrə əsasən, ABŞ həmin ölkələrə maliyyə dəstəyi verir. Bunun qarşılığında daxili özünüidarəetmə qorunur, müdafiə məsələləri isə Vaşinqtona həvalə edilir. Tramp Administrasiyasının Qrenlandiya siyasəti iki məqsəd güdür: Danimarka və Qrenlandiya hakimiyyətləri arasındakı fikir ayrılıqlarını daha da şiddətləndirmək və birbaşa yerli hökumət orqanları ilə razılığa gəlmək. Nəşr qeyd edib ki, artıq ABŞ hərbi bazası Qrenlandiyada mövcuddur. Amma bazadakı əsgər sayının əhəmiyyətli dərəcədə artırılması üçün Kopenhagenin təsdiqi tələb olunur. Qrenlandiya hakimiyyəti bu məsələ ilə bağlı ABŞ ilə birbaşa danışıqlar təklifini rədd edib.

Hüquqi baxımdan Danimarkaya aiddir

Hüquqi baxımdan Qrenlandiya Danimarkaya aiddir və krallıq dəfələrlə bəyan edib ki, ABŞ təhdidlərini dayandırmalıdır. Baş nazir Mette Frederiksen deyib ki, Vaşinqtonun adaya nəzarəti ələ keçirməsinin heç bir anlamı yoxdur: "ABŞ-nin krallığın üç subyektindən (Danimarka, Qrenlandiya və Farer adaları) heç birini ilhaq etmək hüququ yoxdur. Danimarka Krallığı və buna görə Qrenlandiya da NATO-nun bir hissəsidir, alyansın təhlükəsizlik zəmanətləri altındadır".

Müşahidəçilər hesab edirlər ki, Danimarkanın suverenliyinə yönəlmiş istənilən addım NATO daxilində ciddi böhran yarada bilər. Bu səbəbdən ABŞ hələlik açıq güc tətbiqindən uzaq durur. Yerli əhalinin reaksiyasına gəldikdə, onlar Danimarka ilə münasibətlərdən ümumilikdə razıdırlar. Buradakı sosial rifah səviyyəsi, muxtariyyət imkanları və idarəetmə modeli ciddi narazılıq yaratmır.

Bəziləri hesab edir ki, Danimarka üçün Qrenlandiya o qədər də önəmli deyil. Bu səbəbdəndir ki, qrenlandiyalılara istənilən vaxt müstəqillik referendumu keçirmək hüququ verib. Danimarka hər il adanın büdcəsini subbsidiyalaşdırmağa 77 milyon dollar ayırır. Faktiki olaraq bu pulun xərclənməsinə nəzarət etmir və əvəzində də nəsə almır.

ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib

Yeri gəlmişkən, Qrenlandiyanın kimə məxsusluğu ilə bağlı ilk münaqişə ötən əsrin 30-cu illərinin əvvəllərində Danimarka və Norveç arasında baş verib. Nəticədə, Norveç 1931-ci ildə adanın yaşayış olmayan şərq hissəsinin işğalına sanksiya verib. 1933-cü ildə bu qərar Haaqa Beynəlxalq Məhkəməsi tərəfindən qeyri-qanuni sayılıb. Bundan sonra Norveç ada ilə bağlı iddialarından imtina edib. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Danimarka Qrenlandiya üzərində suverenliyinin bərpasına nail olsa da, ABŞ orada əsas hərbi-strateji obyektlərini saxlaya bilib. ABŞ siyasi dairələri 1867 və 1946-cı illərdə ən azı iki dəfə Qrenlandiyanın alınmasını təklif ediblər. Xüsusən də Harri Trumen administrasiyası 1946-cı ildə Kopenhagenə adanı 100 milyon dollara almaq üçün gizli təklif göndərib, lakin bu plan Danimarka hakimiyyəti tərəfindən rədd edilib.

ABŞ-Rusiya-Çin qarşıdurması

Hazırda isə əksəriyyət hesab edir ki, Trampın Qrenlandiya istəyi təsadüfi siyasi ritorika deyil. Bu onu göstərir ki, Tramp "America First" doktrinasını həyata keçirmək üçün ənənəvi diplomatik çərçivələrdən kənara çıxmağa hazırdır. Məsələ burasındadır ki, ABŞ-nin gələcək qlobal strategiyasında Arktika mərkəzi yer tutacaq. Qrenlandiya isə coğrafi baxımdan dünyanın ən həssas geosiyasi nöqtələrindən birində yerləşir. Ada Şimali Amerika ilə Avrasiya arasında körpü rolunu oynayır. Arktika üzərindən keçən qısa qütb trayektoriyaları Rusiyanın qitələrarası ballistik raketləri üçün əsas istiqamət hesab olunur. Qrenlandiyanın hava məkanı ABŞ və Kanadanın havadan müdafiəsi üçün vacibdir. Bu baxımdan, ada ABŞ üçün birinci müdafiə xəttidir.

Qrenlandiya nadir torpaq elementləri, uran, neft və qaz ehtiyatları baxımından da böyük potensiala malikdir. ABŞ bu sahədə Çindən asılılığı azaltmaq üçün alternativ mənbələr axtarır və Qrenlandiya bu boşluğu doldura biləcək əsas regionlardan biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri