Buzlaqların əriməsi iki ölkənin dövlət sərhədini dəyişib
Icma.az, Reyting.az saytına istinadən bildirir.
İtaliya ilə İsveçrə arasında dövlət sərhədi Alp dağlarında yerləşən buzlaqların əriməsi səbəbindən öz yerini dəyişib. Belə bir qənaətə Kolumbiya Universitetinin əməkdaşı olan amerikalı alimlər gəliblər.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, ən yüksək Alp zirvələrindən hesab edilən Matterhorndakı böyük buzlaqlar artıq əriməyə başlayıb. Bu buz dağlarının bir hissəsi uzun onilliklər ərzində hər iki ölkə arasında təbii sərhədə çevrilsə də, son illər qlobal istiləşmə səbəbindən tədricən İtaliya istiqamətində sürüşüb.
Alimlər bildiriblər ki, hər iki ölkə vətəndaşlarını daha çox ərazi problemi yox, əbədi buzlaqların əriməsi və qar örtüyünün itməsi narahat edir.
Qeyd olunur ki, təbii proseslər dağlıq ərazilərdə yaşayan əhalini böyük təhlükə qarşısında qoymaqla, istənilən vaxt sürüşmələrə də səbəb olur.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:Alimlər buzlaqların əriməsi təhlükəsindən danışıblar…
15 Aprel 2025 19:47
Buzlaqların əriməsi vulkan püskürmələri təhlükəsini artırır
09 İyul 2025 11:04
Buzlaqların əriməsi sürətlənib Dəniz səviyyəsi artıb
13 Aprel 2026 11:12
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
27 İyun 2026 22:02
Buzlaqların əriməsi: Yüz milyonlarla insanı təhlükə gözləyir
29 Mart 2025 01:10
Baxış sayı:182
Bu xəbər 12 Dekabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















