BVF dən enerji qiymətləri ilə bağlı xəbərdarlıq
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hərbi qarşıdurmalar fonunda enerjidaşıyıcılarının qiymətində artım müşahidə olunur və maliyyə bazarlarında qeyri-sabitlik hökm sürür.
Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi internet resursunda yayılan açıqlamada deyilir.
Mövcud vəziyyətin son dərəcə dəyişkən olduğu bildirilməklə vurğulanır ki, bu hal, onsuz da, mürəkkəb olan beynəlxalq iqtisadi mühiti daha da gərginləşdirir.
Fondun bəyanatında deyilir ki, regiona və qlobal iqtisadi sistemə dəyəcək ziyanı indidən dəqiq hesablamaq hələ tezdir. Bu təsir münaqişənin əhatə dairəsindən və nə qədər davam edəcəyindən asılı olacaq.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu aprel ayında təqdim edəcəyi icmalda Yaxın Şərq böhranının təsirləri barədə daha geniş təhlil verməyi nəzərdə tutur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qeyri-sabitlik davamlı xarakter alarsa, bu, neft və qaz qiymətlərinə, eləcə də dünya bazarlarına ciddi təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 03 Mart 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















