Icma.az
close
up
RU
BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva oktyabrın 7-də bildirib ki, qlobal iqtisadiyyat mənfi enerji təchizatı şoku və müsbət süni intellekt (AI) tələb kimi ikili təzyiqlərlə üzləşir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Kristalina Georgiyeva Tailandda keçiriləcək BVF-nin illik görüşlərindən əvvəl Sinqapurda çıxış edərək qlobal iqtisadiyyatın süni intellektin sürətli gəlişi, davamlı yüksək enerji qiymətləri və rekord səviyyədə dövlət borcunun üç əsas çarpaz cərəyanı kimi amillərlə qarşı-qarşıya olduğunu vurğulayıb.

O, qlobal dövlət borcunun tezliklə ümumi daxili məhsulun 100 faizini keçəcəyini və İkinci Dünya müharibəsinin sonundan bəri ən yüksək səviyyəyə çatacağını qeyd edib. Georgiyeva bildirib ki, inkişaf etmiş iqtisadiyyatlar ən yüksək ümumi borc yükünü daşıyır.

İdarəedici direktor əks qüvvələrin qlobal iqtisadiyyatı iki fərqli istiqamətə çəkdiyini qeyd edib. O, həmçinin xəbərdarlıq edib ki, nəqliyyat xərcləri və digər risklər səbəbindən neft qiymətləri bir barel üçün 100 dollar ətrafında qalır. BVF rəhbəri Körfəzdən təbii qaz tədarükünün ciddi şəkildə zəiflədiyini vurğulayıb, çünki Hörmüz boğazından keçən gəmiçilik təhlükələrlə üzləşir.

Texnologiya cəbhəsində baş verənlərə toxunan Georgiyeva bildirib ki, süni intellekt aparatları və əlaqəli məhsullar hazırda dünya mal ticarətinin 10 faizindən çoxunu təşkil edir. O, əlavə edib ki, ölkələr düzgün idarə edərsə, süni intellekt hər il dünyada iqtisadi artımın 0,5 faizə qədərini təmin edə bilər.

Georgiyeva hökumətləri zəruri tədbirləri təxirə salmağı dayandırmağa və etibarlı maliyyə konsolidasiya planlarını həyata keçirməyə çağırıb. O, həmçinin müxtəlif ölkələrin mərkəzi banklarına süni intellekt bumunun, enerji şoklarının və yüksək dövlət borcunun inflyasiyanı artırması fonunda pul siyasətlərində ehtiyatlı və sərt yanaşmanı tövsiyə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri