Icma.az
close
up
RU
BVF dən xəbərdarlıq: ABŞ büdcə kəsirini azaltmalıdır

BVF dən xəbərdarlıq: ABŞ büdcə kəsirini azaltmalıdır

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-nin büdcə kəsirini azaltmasını və davamlı olaraq artan dövlət borcu problemini həll etməsini zəruri hesab edir.

Metbuat.az-ın məlumatına görə, bu barədə BVF-nin baş direktorunun birinci müavini Gita Gopinat “Financial Times” qəzetinə açıqlamasında bildirib.

Gopinat qeyd edib ki, "Vaşinqton borcun ÜDM-ə nisbətinin tədricən azaldılmasına yönəlmiş büdcə siyasəti aparmalıdır." O əlavə edib ki, Çinlə yaxınlarda əldə olunmuş müvəqqəti razılaşmaya baxmayaraq, ABŞ iqtisadiyyatı çox yüksək ticarət siyasəti qeyri-müəyyənliyindən əziyyət çəkir.

Beynəlxalq reytinq agentliyi Moodys, ABŞ-nin uzunmüddətli kredit reytinqini "Aaa" səviyyəsindən "Aa1" səviyyəsinə endirib. Bu qərar, ölkənin artan dövlət borcu və büdcə kəsiri ilə bağlı narahatlıqlar səbəbilə verilib. Moody's, böyük üçlük reytinq agentlikləri arasında ABŞ-nin reytinqini ən yüksək səviyyədə saxlayan son agentlik idi.

ABŞ Konqresinin Büdcə İdarəsinin (CBO) məlumatına görə, 2024-cü maliyyə ilində ABŞ-nin dövlət borcu ÜDM-in 98%-nə çatıb. Müqayisə üçün qeyd edək ki, 10 il əvvəl bu göstərici 73% idi.

BVF-nin keçən ay dərc etdiyi proqnozlara əsasən, bu il ABŞ-da büdcə kəsirinin azaldılması gömrük rüsumlarından gələn gəlirlərin artması sayəsində mümkün olacaq. Lakin bu proqnozlar, Prezident Donald Trampın Konqresdən keçirməyə çalışdığı vergi azaldılmasını nəzərdə tutan yeni qanun layihəsinin mümkün təsirlərini əhatə etmir.

FT qeyd edib ki, büdcə kəsirinin artması, ABŞ hökumətini daha çox dövlət istiqrazları buraxmağa məcbur edəcək.Bu isə ölkənin maliyyə sabitliyinə dair həm yerli, həm də xarici investorların etimadını azalda bilər.

BVF aprel ayında ABŞ iqtisadiyyatı üçün 2025-ci il üzrə ÜDM artım proqnozunu 0.9 faiz bəndi azaldaraq 1.8%-ə, dünya iqtisadiyyatı üçün isə 0.5 faiz bəndi azaldaraq 2.8%-ə endirib. Bu dəyişikliklər, ABŞ-nin ticarət tərəfdaşlarına tətbiq etdiyi yüksək gömrük rüsumları ilə əlaqələndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri