BYD ixracı kəskin artırmağı planlayır Qiymətlər düşə bilər
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Çinin elektrik avtomobil istehsalçısı BYD 2027-ci ilə qədər xarici bazarlarda avtomobil satışlarının həcmini 2,5 milyon ədədə çatdırmağı planlaşdırır.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə şirkət rəhbərliyi ilə görüşdən sonra “Deutsche Bank” və “Citi” tərəfindən yayımlanan hesabatlarda məlumat verilib.
“Deutsche Bank”ın hesablamalarına görə, BYD 2026-cı ildə xarici bazarlara 1,9–2 milyon avtomobil ixrac edə bilər. Bu isə ötən illə müqayisədə təxminən iki dəfə çoxdur.
Şirkət beynəlxalq satışlarını artırmaq üçün öz yük gəmiləri donanmasını genişləndirməyi və xarici ölkələrdə istehsal imkanlarını artırmağı planlaşdırır. BYD-nin Macarıstandakı zavodunda avtomobil yığımına dekabr ayına qədər başlanması gözlənilir.
“Deutsche Bank” həmçinin Çin şirkətinin digər ölkələrdə yeni istehsal müəssisələri yaratma imkanlarını nəzərdən keçirdiyini bildirib.
Xaricdə yerli istehsalın genişləndirilməsi BYD-yə xüsusilə tariflərdən yayınmaq baxımından üstünlük verə bilər. Hazırda şirkətin Avropa İttifaqına və Braziliyaya avtomobil ixracında müvafiq olaraq 27% və 34%-ə qədər idxal tarifləri tətbiq olunur.
“Citi”nin qiymətləndirməsinə görə, yerli istehsalın artırılması hər avtomobil üzrə 40 min yuandan (5 961 ABŞ dolları) çox qənaət etməyə imkan verə bilər. Bank hesab edir ki, bu addım yeni istehsal xətlərinin yaradılması ilə bağlı xərclərin də azalmasına şərait yaradacaq.
Bu mövzuda digər xəbərlər:BYD nin ixracı kəskin artıb
31 Avqust 2026 09:56
Yumurta kəskin BAHALAŞDI QİYMƏTLƏR
13 Aprel 2025 14:03
Tərəvəzlər kəskin UCUZLAŞDI QİYMƏTLƏR
29 Yanvar 2026 21:02
Toyuq ixracı dayandırıldı Azərbaycanda qiymətlər DƏYİŞƏCƏK?
09 Fevral 2026 12:24
Unun qiyməti kəskin bahalaşdı QİYMƏTLƏR
05 Noyabr 2024 15:49
Baxış sayı:143
Bu xəbər 09 Sentyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















