Icma.az
close
up
RU
Yumurta kəskin BAHALAŞDI QİYMƏTLƏR

Yumurta kəskin BAHALAŞDI QİYMƏTLƏR

Icma.az, News24 portalına istinadən məlumat verir.

Dünya yumurta qıtlığını yaşayır. Təsadüfi deyil ki, ABŞ-da quş qripi səbəbindən nəzərəçarpacaq dərəcədə toyuq yumurtası çatışmazlığı yaranıb. H5N1 quş qripi virusunun yayılması həm qlobal, həm də Amerika bazarlarında qeyri-sabitliyə səbəb olub. ABŞ-da 12 ədəd qutunun pərakəndə satış qiyməti 25 faiz artaraq 4,33 dollar olub. Amerika rəsmiləri qeyd ediblər ki, mağazaların lazımi miqdarda toyuq yumurtası ilə təmin edilməsi prosesi 6-9 ay çəkə bilər.

Türkiyədən ABŞ-a və bir sıra digər ölkələrə təsirli həcmdə toyuq yumurtasının ixracı respublikanın özündə də bu məhsulun qiymətinin kəskin artmasına səbəb olub. 2024-cü ilin dekabr ayından daxili bazarda 30 ədəd yumurta bağlaması iki dəfə bahalaşaraq orta hesabla 120 lirədən 250 lirəyə (3,3 dollardan 6,6 dollara) qalxıb.

Bəzi pərakəndə satış məntəqələrində 30 yumurtanın qiyməti 8 dollara çatır.

Yumurta qıtlığından bəzi ölkələr yerli istehsalı stimullaşdırmaq üçün istifadə etməyə çalışır. Məsələn, Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi toyuq yumurtasının idxalına müvəqqəti qadağa qoyub. Nazirlik hesab edir ki, bu, ölkə daxilində yumurta istehsalının artırılmasına, Qırğızıstan fabriklərinin məhsullarının daha rəqabətqabiliyyətli olmasına və idxaldan asılılığın azalmasına kömək edəcək.

Bildirilib ki, həyata keçirilən tədbirlər sayəsində yerli quşçuluq təsərrüfatlarının istehsal gücü artıb. Nəticədə, son üç ayda idxalın həcmi 1,8 milyon ədədə enib, ixrac isə 8,8 milyon ədədə çatıb.

Bəs, mövcud reallıqda ölkəmizdə istehsalçılar və dövlət qurumları necə hərəkət etməlidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli xatırladıb ki, ötən il Rusiyada yumurta kəskin bahalaşdı:

“Bunu da yerli şirkətlərimiz yaxşı fürsətə çevirdi və Rusiyaya böyük miqdarda yumurta ixrac edildi. İxracat bu il də davam edir. Azərbaycan bu yaxınlarda ABŞ-a da yumurta ixrac edib. Yəni ölkəmizin bu istiqamətdə potensialı böyükdür. Ötən il işğaldan azad olunmuş ərazilərdə böyük quşçuluq kompleksləri yaradılıb.

Yeni ixrac imkanlarının yaranması quşçuluqla məşğul olan iş adamlarına bir siqnaldır. Ölkəmizdəki imkanları reallığa çevirib yumurta ixracıyla küllü miqdarda dividend qazanmaq olar. Təbii ki, yerli istehsalı stimullaşdırmaqla yanaşı, beynəlxalq bazarın xarakterini də öyrənməliyik. Yaxın gələcəkdə quşçularımız üçün şimal dövlətləri ən yaxşı bazar ola bilər. Çünki soyuq ölkələrdə quşçuluq aşağı səviyyədə inkişaf edir”.

“Yumurtaya olan tələbatı yerli istehsal hesabına tam ödənilir”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli isə bildirib ki, daxili bazarın qorunması üçün müvafiq tədbirlər görülür:

“İdxal edilən yumurtalara müvafiq qaydada gömrük rüsumları tətbiq olunur. Bu rüsumlar həm süfrə, həm də damazlıq yumurtaların idxalına tətbiq edilir. Elə bu səbəbdən də yumurta idxalı minimum səviyyədədir. Hesab edirəm ki, yumurta idxalını dayandırmaq da olar. Çünki ölkənin yumurtaya olan tələbatı yerli istehsal hesabına tam ödənilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Aprel 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri