Icma.az
close
up
RU
Çad Prezidenti: COP29 beynəlxalq maliyyə arxitekturasının yenidən qurulması üçün həlledici məqamdır

Çad Prezidenti: COP29 beynəlxalq maliyyə arxitekturasının yenidən qurulması üçün həlledici məqamdır

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29 iqlim sammitində Çad Prezidenti Məhəmməd İdris Debi İtnonun adından məktub oxunub. Təbii fəlakətlər səbəbindən sammitdə iştirak edə bilməyən dövlət başçısı təşkilatçılara və iştirakçılara dəstəyə görə təşəkkürünü bildirib.

“Report” xəbər verir ki, prezidentin məktubunu COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bu ölkənin hökumət nümayəndəsi oxuyub.

"2024-cü il kollektiv yaddaşımızda misli görünməmiş fəlakətlər ili kimi qalacaq. Daşqınlar nəticəsində 125 departamentimizdən 119-u məhv olub, fəlakət 1,9 milyondan çox vətəndaşa təsir edib, 217 mindən çox ev dağılıb, 432 hektar kənd təsərrüfatı təyinatlı torpaq məhv olub, 72 min mal-qara tələf olub, 576 nəfər isə ölüb", - məktubda bildirilib.

Çad, həmçinin 2017-ci ildən bəri iddialı fəaliyyət planı hazırlayaraq və 2021-ci ildə onu yeniləyərək iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsi üzərində fəal işləyir. "Biz əminik ki, iqlim maliyyələşdirilməsinə yönəlmiş COP29 sammiti beynəlxalq maliyyə arxitekturasının yenidən qurulması üçün həlledici məqamdır", - o qeyd edib.

"İcazə verin, Azərbaycan Respublikasının hökumətinə və xalqına Bakıda şahidi olduğumuz qonaqpərvərliyə görə təşəkkür edim. Biz həmçinin COP29-un təşkili zamanı Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və firavan gələcəyin təmin edilməsi ilə bağlı həlledici öhdəliyi yerinə yetirməyə davam etməsini alqışlayırıq", - Çad nümayəndəsi Azərbaycan Prezidentinin səylərinin əhəmiyyətini vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Noyabr 2024 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see183

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see170

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see151

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see151

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see150

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see143

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see133

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see130

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see130

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see124

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see124

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see124

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see122

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see121

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see121

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see121

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see121

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see116

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see116

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri